Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO yeni müharibələrə hazırlaşır - Patruşev

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidPatruşev
Patruşev - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
NATO-nun birgə silahlı qüvvələrinin Avropada "Steadfast Defender 2024" adlı davam edən və Rusiya ilə silahlı qarşıdurma ssenarisinin hazırlandığı təlimlər gərginliyi artıracaq, dünyada sabitliyi pozacaq.
BAKI, 8 mart — Sputnik. NATO qüvvələrinin Avropada davam edən təlimləri zamanı Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır ki, bu da gərginliyi artırır və dünyada vəziyyəti qeyri-stabilləşdirir, alyans yeni müharibələrə hazırlaşır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"Birləşmiş Ştatların yaxın tarixdə dağıdıcı rolu göz qabağındadır. Heç bir ölkə bu qədər müharibələr və hərbi münaqişələr, dağıdıcı iqtisadi böhranlar törətməyib" - Patruşev Şimali Qafqaz Federal Dairəsinin regionlarında təhlükəsizlik məsələləri ilə bağlı iclasda deyib.
"Vaşinqtonun digər dövlətlərə təsirinin mühüm aləti Rusiyanın qərb sərhədlərinə çox yaxınlaşan aqressiv NATO blokudur. Mövcud olduğu 75 il ərzində NATO sülhün və demokratiyanın sözdə qarantı kimi təqdim etsə də, dünyada yüzlərlə müharibə və hərbi qarşıdurma üçün imkanlar açıb və növbətilərinə hazırlaşır" - Patruşev əlavə edib.
Onun sözlərinə görə, Avropada NATO-nun birgə silahlı qüvvələrinin "Steadfast Defender 2024" adlı davam edən və Rusiya ilə silahlı qarşıdurma ssenarisinin hazırlandığı təlimlər şübhəsiz ki, gərginliyi artıracaq, dünyada sabitliyi pozacaq.
Patruşev xatırladıb ki, NATO-nun Asiya-Sakit okean regionunda və Arktikada mövcudluğunu daha da genişləndirmək planları var: "2024-cü ildə NATO ölkələri tərəfindən nəzərdə tutulan hərbi məqsədlər üçün xərclər artmaqda davam edir ki, bu da bu alyansın artan aqressiv xarakterini bir daha göstərir".
Xəbər lenti
0