Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Ordu aviasiyası mühüm tapşırıqları yerinə yetirir və yüksək qiymətə layiqdir

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Abunə olmaq
Rusiya dövlət başçısı pilotların işinin çətin, lakin çox zəruri olduğunu vurğulayıb.
BAKI, 7 mart - Sputnik. Rusiya ordu aviasiyasının mütəxəssisləri döyüş meydanında mühüm vəzifələri yerinə yetirir və yüksək qiymətə layiqdirlər.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
Krasnodar Ali Hərbi Aviasiya Məktəbinin məzunları ilə görüşdə Rusiya lideri pilotların işinin çətin, lakin çox zəruri olduğunu vurğulayıb. Putin əlavə edib ki, ordu aviasiyası döyüş meydanında ciddi tapşırıqları yerinə yetirir.
"Bu gün döyüş meydanında çox ciddi, çox zəruri tapşırıqları yerinə yetirən ordu aviasiyası, əlbəttə ki, ən yüksək tərifə və hörmətə layiqdir" - Rusiya prezidenti bildirib.
Xatırladaq ki, Rusiya dövlət başçısı cümə axşamı, martın 7-də Krasnodara işgüzar səfərə gedib. O, hərbi aviasiya məktəbindən əlavə, açılışa hazırlaşan Sambo Sarayını da ziyarət etməyi planlaşdırır. Prezidentin iş qrafikinə həmçinin regionun qubernatoru Veniman Kondratyevlə görüşü də daxildir. Putin onunla sosial-iqtisadi vəziyyəti müzakirə edəcək, həmçinin bəzi problemlərə diqqət yetirəcək və gələcək üçün tapşırıqlar müəyyən edəcək.
Xəbər lenti
0