https://sputnik.az/20240307/baki-metrosu-sabah-is-rejimini-deyisecek-463117208.html
Bakı metrosu sabah iş rejimini dəyişəcək
Bakı metrosu sabah iş rejimini dəyişəcək
Sputnik Azərbaycan
Qırmızı və Yaşıl xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə... 07.03.2024, Sputnik Azərbaycan
2024-03-07T15:53+0400
2024-03-07T15:53+0400
2024-03-07T16:02+0400
paytaxt xəbərləri
8 mart beynəlxalq qadınlar günü
bakı metropoliteni
"bakı metropoliteni" qsc
"bakmil" stansiyası
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923578_0:160:3073:1888_1920x0_80_0_0_fe132f8dfa9c7093a051740857070f82.jpg
BAKI, 7 mart — Sputnik. 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik ediləcək. Bu barədə Bakı Metropoliteni məlumat yayıb. Gün ərzində saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Qırmızı və Yaşıl xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq. Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq. "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər. Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923578_170:0:2901:2048_1920x0_80_0_0_2ef5fdef9a4ea0480962dd7dc6c21338.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
8 mart beynəlxalq qadınlar günü, bakı metropoliteni, "bakı metropoliteni" qsc, "bakmil" stansiyası
8 mart beynəlxalq qadınlar günü, bakı metropoliteni, "bakı metropoliteni" qsc, "bakmil" stansiyası
Bakı metrosu sabah iş rejimini dəyişəcək
15:53 07.03.2024 (Yenilənib: 16:02 07.03.2024) Qırmızı və Yaşıl xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.
BAKI, 7 mart — Sputnik. 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik ediləcək. Bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Gün ərzində saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.
Qırmızı və Yaşıl xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.
Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
"Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər.
Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.