https://sputnik.az/20240306/rusiyanin-komi-bolgesinden-azerbaycana-ekspress-yuk-qatari-gonderilib-463062857.html
Rusiyanın Komi bölgəsindən Azərbaycana ekspress yük qatarı göndərilib
Rusiyanın Komi bölgəsindən Azərbaycana ekspress yük qatarı göndərilib
Sputnik Azərbaycan
Rusiya mətbuatı xəbər verir ki, qatarla əsasən bölgədəki 10 ağac emalı müəssisəsinin məhsulları daşınır. Bu, xüsusilə kiçik və orta biznes üçün əlverişlidir. 06.03.2024, Sputnik Azərbaycan
2024-03-06T13:46+0400
2024-03-06T13:46+0400
2024-03-06T14:27+0400
rusiya
rusiya
azərbaycan
qatar
rusiya federasiyası
dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438241177_0:471:2804:2048_1920x0_80_0_0_878f506b64d10ffe425f3356ca27a619.jpg
BAKI, 6 mart — Sputnik. Rusiyanın Komi bölgəsindən Azərbaycana, buradan isə İrana hərəkət edəcək ilk müntəzəm ekspress yük qatarı göndərilib. Rusiya mətbuatı xəbər verir ki, qatarla əsasən bölgədəki 10 ağac emalı müəssisəsinin məhsulları daşınır. Bu, xüsusilə kiçik və orta biznes üçün əlverişlidir. Yeni xidmətin işə salınması xüsusən uzun məsafələrə çatdırılma zamanı nəqliyyat xərclərini azaltmağa imkan verəcək. Bu il ayda bir dəfə belə qatarın göndərilməsi planlaşdırılır. Qatarla taxta məhsulları ilə yanaşı, metal məmulatları, mineral gübrələr və tikinti materialları da daşına bilər. Xatırladaq ki, Komidə yerləşən Mikun stansiyasından Samura doğru ilk sınaq qatarı ötən ilin sonunda göndərilmişdi. Əlavə edək ki, "Rusiya Dəmir Yolları" Azərbaycanın tranzit ölkə kimi çıxış edəcəyi "Agroexpress" layihəsini yenidən işə salmağı planlaşdırır. Rusiya KİV-ləri xəbər verir ki, bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun müşaviri Alevtina Kirillova deyib. Onun sözlərinə görə, Azərbaycan ənənəvi olaraq Rusiyaya böyük həcmdə meyvə və tərəvəz ixrac edir:Müşavir qeyd edib ki, Azərbaycan bu məsələdə məhsulların tranziti rolunu oynayacaq və "Azərbaycan Dəmir Yolları" QSC əlavə tarif gəlirləri əldə edəcək. A.Kirillova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu daşımaları hər zaman dinamik şəkildə inkişaf edib. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiya İxrac Mərkəzinin (RİM) dəstəyi ilə "Agroexpress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı yola düşüb. İlk yük Rusiya bazarında böyük tələbat olan xurma olub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438241177_73:0:2804:2048_1920x0_80_0_0_6c482d352914b869ad5842247f7a8062.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, azərbaycan, qatar, rusiya federasiyası, dəmir yolu
rusiya, azərbaycan, qatar, rusiya federasiyası, dəmir yolu
Rusiyanın Komi bölgəsindən Azərbaycana ekspress yük qatarı göndərilib
13:46 06.03.2024 (Yenilənib: 14:27 06.03.2024) Rusiya mətbuatı xəbər verir ki, qatarla əsasən bölgədəki 10 ağac emalı müəssisəsinin məhsulları daşınır. Bu, xüsusilə kiçik və orta biznes üçün əlverişlidir.
BAKI, 6 mart — Sputnik. Rusiyanın Komi bölgəsindən Azərbaycana, buradan isə İrana hərəkət edəcək ilk müntəzəm ekspress yük qatarı göndərilib. Rusiya mətbuatı xəbər verir ki, qatarla əsasən bölgədəki 10 ağac emalı müəssisəsinin məhsulları daşınır. Bu, xüsusilə kiçik və orta biznes üçün əlverişlidir.
Yeni xidmətin işə salınması xüsusən uzun məsafələrə çatdırılma zamanı nəqliyyat xərclərini azaltmağa imkan verəcək. Bu il ayda bir dəfə belə qatarın göndərilməsi planlaşdırılır. Qatarla taxta məhsulları ilə yanaşı, metal məmulatları, mineral gübrələr və tikinti materialları da daşına bilər.
Xatırladaq ki, Komidə yerləşən Mikun stansiyasından Samura doğru ilk sınaq qatarı ötən ilin sonunda göndərilmişdi.
Əlavə edək ki, "Rusiya Dəmir Yolları" Azərbaycanın tranzit ölkə kimi çıxış edəcəyi "Agroexpress" layihəsini yenidən işə salmağı planlaşdırır.
Rusiya KİV-ləri xəbər verir ki, bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun müşaviri Alevtina Kirillova deyib.
Onun sözlərinə görə, Azərbaycan ənənəvi olaraq Rusiyaya böyük həcmdə meyvə və tərəvəz ixrac edir:
"Hətta bir zamanlar "Agroexpress" layihəsinə də start verilmişdi. Təəssüf ki, bu gün bu layihə gözlədiyimiz kimi fəal inkişaf etmir. Lakin biz Rusiyanın Şərqə üz tutmasını və Rusiya kənd təsərrüfatı məhsullarının yeni istehlakçılarının meydana çıxmasını nəzərə alaraq onu yenidən işə salmağı planlaşdırırıq".
Müşavir qeyd edib ki, Azərbaycan bu məsələdə məhsulların tranziti rolunu oynayacaq və "Azərbaycan Dəmir Yolları" QSC əlavə tarif gəlirləri əldə edəcək.
A.Kirillova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu daşımaları hər zaman dinamik şəkildə inkişaf edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiya İxrac Mərkəzinin (RİM) dəstəyi ilə "Agroexpress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı yola düşüb. İlk yük Rusiya bazarında böyük tələbat olan xurma olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.