Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyada təkəbbürə, ayrı-seçkiliyə yer yoxdur, hamımız insanıq, hamımız bərabərik - Putin

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Rusiya Prezidenti Ümumdünya Gənclər Festivalında çıxış edib.
BAKI, 6 fevral - Sputnik. Dünyada bütün insanlar bərabərdir, ona görə də heç kimin müstəsna olmasına yer yoxdur. Bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının (ÜGF) bağlanış mərasimində əcnəbi tələbələr qarşısında çıxışı zamanı deyib.

“Əgər hamımız bərabəriksə, onda dünyada hər hansı bir müstəsnalığa yer yoxdur, hər hansı təkəbbürə, ayrı-seçkiliyə və kiminsə eksklüzivliyinin bu təhrif edilmiş zəmininə əsaslanan bütün hadisələrə dünyada yer yoxdur” - dövlət başçısı vurğulayıb.

RF lideri bildirib ki, Rusiyanın qapıları müxtəlif ölkələrdən olan gənclərə və onların ən yaxşı cəhdlərinə həmişə açıq olacaq.
“Rusiyaya gəlmisən, burada çoxlu dostlar qazandın, bilmək istəyirəm ki, bütün Rusiya indi sənin dostundur. Qapımız sizin üzünüzə, bütün nəcib cəhdləriniz üçün hər zaman açıqdır” - Putin bildirib.
Rusiya prezidenti digər ölkələrin gənclərinin də çoxlu uğurlar qazanacağına əminliyini ifadə edib.
Vladimir Putin ənənəvi dəyərlərin həyatın əsası olduğuna inandığını dilə gətirib.

"Bu gənclik və sülh şəhərini yaratmağı necə bacardınız? Əgər siz bu qədər fərqlisinizsə necə?" – deyə Putin ritorik sual verib.

"Görünür, hamımızı birləşdirən bir şey var. Bu gün Rusiyada biz bunu ənənəvi dəyərlərimiz adlandırırıq. Bu, həyatımızın, varlığımızın əsasıdır", deyən prezident qeyd edib ki, hamını bir-birinə yaxın edən məhz budur.
Dəyərlərdən danışan RF lideri vurğulayıb ki, tədbirə toplaşan tamaşaçılar bir daha dünyada bütün insanların nə qədər fərqli olduğunu nümayiş etdirir. O, Rusiya universitetlərində təhsil alan əcnəbi tələbələrlə görüşdüyünü bildirib.
"Hər kəs çox fərqlidir!" - Putin vurğulayıb.
Putinin sözlərinə görə, hər kəsin xarici görkəmində fərqli görünməsinə, dəri rənginə görə fərqlənməsinə və s. baxmayaraq, birləşdirən bir şey var.

"Bu nədir? Bəli, biz hamımız insanıq! Və hamımız bərabərik!" – Putin qeyd edib.

***
Ümumdünya Gənclər Festivalı (ÜGF) faydalı oldu və Rusiya gələcəkdə də analoji tədbir təşkil etməyə ümid edir. Bunu Rusiya prezidenti Vladimir Putin əcnəbi tələbələrlə - ÜGF iştirakçıları ilə ünsiyyətdə olarkən deyib.

“Biz şərait yaratmağa çalışdıq ki, gənclər bir-biri ilə sərbəst ünsiyyət qura bilsinlər, yeni dostlar, bəlkə də gələcək üçün ortaq birgə fəaliyyətlər üçün tərəfdaşlar tapsınlar" - Putin bildirib

Rusiya prezidenti tədbirin "çox faydalı olduğunu" bildirib.
“Uğur qazansaq, gələcəkdə buna bənzər bir şey təşkil edəcəyik. Bu, bizim üçün ilk belə təcrübə deyil, ilk təcrübə deyil. Ümid edirəm sonuncu deyil" - Rusiya Federasiyasının Prezidenti vurğulayıb.

"Siz gözlədiyimizdən də çox uğur əldə etdiniz. Məhz siz burada, Rusiyanın cənubunda dünya gənclərinin əsl şəhərini yaratdınız. Təşəkkür edirəm" - Putin bildirib.

RF lideri vurğulayıb ki, bütün planetdə insanların inkişafı üçün qeyri-bərabər şərait mövcud dünya nizamının əsas ədalətsizliyidir.
“Biz bərabər doğulmuşuq. Bərabər şəraitdə böyüyüb inkişaf edirikmi? Cavab, təəssüf ki, yox, dünyada hamı üçün bərabər şərait yoxdur. Bu, bugünkü dünya nizamının əsas ədalətsizliyidir”.

“Əmin olmaq olarmı ki, hamı bərabər şəraitdə ola və bərabər şəraitdə böyüyə, inkişaf edə, sevdiklərinin, ailəsinin, ölkəsinin, bəlkə də bütün bəşəriyyətin rifahı naminə öz istedadlarını üzə çıxara bilər? Mən bilmirəm. Ancaq mən bilirəm ki, hamımız bunun üçün səy göstərməliyik. Bunun üçün səy göstərməyimiz dünyanı daha şəffaf, daha ədalətli, daha demokratik, daha davamlı, daha balanslı və daha təhlükəsiz edəcək”, - Putin sözünə davam edib.

***
Rusiya prezidenti Vladimir Putin çərşənbə günü "Sirius" Universitetində Ümumdünya Gənclər Festivalının keçirildiyi əraziyə gəlib. Bu barədə RİA Novosti xəbər verir.
Məkan Elm və İncəsənət Parkının qarşısında qurulmuş təhlükəsizlik yoxlama zonasından başlayır və gözləmə otaqları, tablo və dörd terminal olan binanın içərisində davam edir: “Bilik”, “Təhsil”, “Texnologiya”, “Ailə”.
Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi Ümumdünya Gənclər Festivalının bağlanış mərasimi ən çox gözlənilən tədbirlərdən birinə çevrilib. Tribunalar 100% doludur.
Bir qədər əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin həmçinin Siriusda keçirilən Dünya Gənclər Festivalının iştirakçıları ilə danışacaq və bağlanış mərasimində çıxış edəcək.
Ümumdünya Gənclər Festivalı prezidentin fərmanı ilə martın 1-dən 7-dək Sirius federal ərazisində keçirilir.
Festivalın bağlanış mərasimi martın 6-da baş tutacaq. Festivalın təşkilatçısı "Rosmolodyoj", 2024-cü il Dünya Gənclər Festivalının baş informasiya tərəfdaşı isə RİA Novosti-dır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0