Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putindən müsahibə götürənlərin seçildiyi meyarları açıqladı

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Peskov deyib ki, müsahibə götürən şəxs yalnız öz ölkəsinin hökumətinin razılaşdığı nöqteyi-nəzəri deyil, müxtəlif fikirləri eşitməyə və yaymağa hazır olsun.
BAKI, 6 mart — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin müsahibə verə biləcəyi media orqanını seçərkən Kremlin nələrə diqqət yetirdiyi barədə danışıb. Bu barədə TASS məlmat yayıb.

"Prezident Putin müsahibə verəndə müsahibənin dünyanın müxtəlif ölkələrində mümkün qədər çox insan üçün əlçatan olması bizim üçün vacibdir. Bizim üçün çox vacibdir ki, müsahibə götürən şəxs yalnız öz ölkəsinin hökumətinin razılaşdığı nöqteyi-nəzəri deyil, müxtəlif fikirləri eşitməyə və yaymağa hazır olsun" - Peskov deyib.

Xatırladaq ki, Amerikalı jurnalist Taker Karlsonun Moskvaya gəlişi və Rusiya prezidenti Vladimir Putinlə söhbəti ABŞ və Rusiyada böyük əks-səda doğurub.
İki saatlıq müsahibə fevralın 9-na keçən gecə internetdə yayılıb. Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0