Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nijni Novqoroddan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək

© Sputnik / Артур ЛебедевİrAero
İrAero - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Məlumatda qeyd olunub ki, reyslərin həftdə bir dəfə həyata keçirilməsi planlaşdırılır.
BAKI, 6 mart — Sputnik. Rusiyanın "İrAero" aviaşirkəti aprelin 4-dən Nijni Novqoroddan Bakıya birbaşa reysə başlayacaq. Bu barədə Nijni Novqorod aeroportunun ("Aeroportı Regionov" İdarəetmə şirkəti tərəfindən idarə olunur) mətbuat xidməti məlumat paylaşıb.
Məlumatda qeyd olunub ki, bu, aviaşirkət üçün yeni marşrutdur. Reyslərin həftdə bir dəfə həyata keçirilməsi planlaşdırılır.
Bakıdan uçuş həftənin çərşənbə günləri saat 21:00-da, Nijni Novqoroda eniş saat 23:00-da olacaq. Nijni Novqoroddan Bakıya uçuş həftənin cümə axşamı günləri saat 01:00-da, Bakıya eniş 05:00-da olacaq.
Xatırladaq ki, Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayıb. Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçirilir.
Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Rusiyanın "Red Winds" və "İrAero" aviaşirkətləri uçur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0