Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb - FOTO

© Photo : AZƏRTACRusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb
 - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
BAKI, 6 mart — Sputnik. Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycan Respublikasına səfəri martın 6-da başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər yola salıblar.
© Photo : AZƏRTACRusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb
 - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb
Qeyd edək ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər xiyabanını da ziyarət edib.
M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0