https://sputnik.az/20240306/fovqelade-hallar-nazirliyi-metroda-telim-kecirib---vdeo-463059543.html
Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib - VİDEO
Sputnik Azərbaycan
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. 06.03.2024, Sputnik Azərbaycan
2024-03-06T11:39+0400
2024-03-06T11:39+0400
2024-03-06T11:51+0400
fhn
paytaxt xəbərləri
təlim
metro
nəriman nərimanov
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463058398_0:0:1280:720_1920x0_80_0_0_ad2527e955fd9b040bb57607f7e88ef2.jpg
BAKI, 6 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə metronun "Nəriman Nərimanov" stansiyasında təlim keçirilib. Nazirlikdən bildiriblər ki, təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili" olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in "112" qaynar telefon xəttinə metronun "Nəriman Nərimanov" stansiyanın 2-ci vestibülündə "yanğın" baş verməsi barədə "məlumat daxil olub" və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər" təxliyə olunaraq onlara "ilkin yardım göstərilib". Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb. Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463058398_160:0:1120:720_1920x0_80_0_0_35d099a1fc4dd05373405c33fea8a985.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, təlim, metro, nəriman nərimanov
fhn, təlim, metro, nəriman nərimanov
Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib - VİDEO
11:39 06.03.2024 (Yenilənib: 11:51 06.03.2024) Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
BAKI, 6 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə metronun "Nəriman Nərimanov" stansiyasında təlim keçirilib.
Nazirlikdən bildiriblər ki, təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili" olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in "112" qaynar telefon xəttinə metronun "Nəriman Nərimanov" stansiyanın 2-ci vestibülündə "yanğın" baş verməsi barədə "məlumat daxil olub" və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər" təxliyə olunaraq onlara "ilkin yardım göstərilib".
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.