Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Festivalda əsas gözləntilərimdən biri Rusiyanın təhsil sistemi ilə tanışlıq idi - Tələbə

© SputnikƏliyev Məhəmməd, arxiv
Əliyev Məhəmməd, arxiv - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Ümumdünya Gənclər Festivalı barərə azərbaycanlı tələbə Məhəmməd Əliyevin fikirləri Sputnik Azərbaycan-ın materialında.
BAKI, 6 mart - Sputnik. Rusiyanın Soçi şəhərində Ümumdünya Gənclər Festivalı keçirilir. Festivalın iştirakçıları arasında Azərbaycan nümayəndə heyəti də var. Nümayəndə heyətinin üzvlərindən Məhəmməd Əliyev tədbirlə bağlı fikirlərini bölüşüb.
Kompüter Elmləri sahəsində magistratura təhsili alan həmsöhbətimiz qeyd edir ki, bu festivalda iştirakçı olmaqdan çox məmnundur.

"Festival çox maraqlıdır. Burada maariflənidirici kontentlərdən ibarət mühazirələr, müxtəlif əyləncəli fəaliyyətlər, o cümlədən çoxlu sayda mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub. Biz burada olduğumuz müddətdə yarmarkaya qatıldıq, müxtəlif ölkələrin mədəniyyət nümunələri ilə tanış olduq. Həmin yarmarkada suvenirlər hədiyyə olundu, iştirakçılar öz adət-ənənələrini nümyiş etdirdilər. Öz növbəmizdə biz də Azərbaycanda məşhur olan şeyləri onlarla bölüşdük. Biz özümüzlə çoxlu hədiyyəlik suvenirlər gətirmişik, artıq onların çoxusunu buradakı inşalara hədiyyə etmişik. Azərbaycnaın cənub bölgəsində yetişdirilən çay, eyni zamanda armudu stəkan da gətirmişik. Hədiyyələrimiz arasında qadın baş geyimi olan kəlağayı da var" - həmsöhbətimiz deyib.

Məhəmmməd Əliyev festivala seçim proseduru haqqında da danışıb. O qeyd edib ki, festivalın nümayəndə heyətinin tərkbində olmaq üçün müyyən edilmiş bir mərhələdən keçiblər. Seçim müsahibə əsasında aparıldı. Mən də xoşbəxtəm ki, seçilənlər arasındayam.

"Festivalla bağlı gözlnətilərimiz bizi aldatmadı. Bizim üçün maraqlı məqam Rusiyanın təhsil sistemi idi. Bilirik ki, Rusiya təhsil sistemi çox məşhurdur. Mən dünən bu barədə mühazirəyə qatıldım və bu, mənim üçün çox maraqlı oldu" - M.Əliyev bildirib.

Daha sonra azərbaycanlı tələbə festivalın atmosferindən danışıb. Onun sözlərinə görə, tədbirdə hər kəs çox pozitiv, tanışlıqlardan məmnunuq.
"Burada müxtəlif ölkələrdən olan iştirakçıları görməkdən çox məmnunuq. Hesab edirəm ki, festival çox yaxşı keçir, çünki yeni tanışlıqlar, əməkdaşlıqlar qurulur. Bu baxımdan festivala dəvət olunduğumuz üçün təşəkkür edirəm. Hər yerdə köünllülər var, onla rıəhval ruhiyyənin yüksək olması üçün də hər zaman çalışırlar. Dünən axşam baş tutmuş konsertdə də inanılmaz əhval-ruhiyyə var idi. Biz burada olmaqdan məmnunuluq hiss duyuruq".
O, həmçinin bir neçə gün sonra festivalın başa çatacağından kədərləndiyini də dilə gətirib:

"Bu festival bizim üçün müsbət xatirələrlə yadda qalacaq. Hesab edirəm ki, bu festival bizim üçün çox yaxşı imkanlar təqdim edir. Buradakı bütün insanlar yeni əməkdaşlıqlara açıqdır. Festival ərzində planlaşdırılmış görüşlərimiz var. Bu festivalın verdiyi imkanlardan istifadə etməyin bizə yeni uğurlar qazandıracağına inanıram".

Rusiyada artıq ikinci dəfə olduğunu deyən həmsöhbətimiz Moskvanı da ziyarət etdiyini bildirib.
"İndi Soçidəyik və mən bu şəhəri çox bəyəndim. Buranın havası çox təmizdir. Bundan sonra da analoji festivallar təşkil olunarsa, iştirak etməkdən məmnun olacağıq. Azərbaycana qayıtdıqdan sonra bu festivalın necə təşkil olunması, onun əhatə dairəsi və burada gördüklərimizlə bağlı dostlarımıza danışacağıq. Burada qazandığımız təcrübələrimizi bölüşəcəyik" - azərbaycanlı tələbə fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0