https://sputnik.az/20240306/baki-metropoliteninde-is-vaxti-uzadilacaq-463062728.html
Bakı metropolitenində iş vaxtı uzadılacaq
Bakı metropolitenində iş vaxtı uzadılacaq
Sputnik Azərbaycan
Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün... 06.03.2024, Sputnik Azərbaycan
2024-03-06T23:00+0400
2024-03-06T23:00+0400
2024-03-06T23:00+0400
bakı metropoliteni
paytaxt xəbərləri
futbol
qarabağ
oyun
"gənclik" stansiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427084837_0:0:3072:1728_1920x0_80_0_0_1c678d20a51ff6ebf143cedf96b1ea48.jpg
BAKI, 6 mart — Sputnik. UEFA Avropa Liqasında "Qarabağ" Futbol Klubunun 1/8 final oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Bu barədə Bakı Metropoliteni məlumat yayıb.Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma gecə saatlarında başa çatacağından martın 7-dən martın 8-nə keçən gecə metropolitenin bütün stansiyalarında iş vaxtı 1 saat uzadılacaq. Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq. Bundan başqa, oyuna geniş ictimai maraq olduğundan sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiyalarda əlavə tədbirlər görüləcək. Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi stadionun yaxınlığında yerləşən "Gənclik" stansiyasında tətbiq ediləcək."Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunmaqla stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər "28 May" və "Nərimanov" stansiyalarında da nəzərdə tutulacaq. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Saat 24:00-dan sonra qatarlar xüsusi qrafik üzrə hərəkət edəcək. Martın 7-də gün ərzində qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət etsə də, tələbata uyğun olaraq hərəkətin nizamlanması diqqətdə saxlanılacaq" - məlumatda deyilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427084837_0:0:2732:2048_1920x0_80_0_0_ac28cb6272bfdd03c9ac1b77bc121832.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı metropoliteni, futbol, qarabağ, oyun, "gənclik" stansiyası
bakı metropoliteni, futbol, qarabağ, oyun, "gənclik" stansiyası
Bakı metropolitenində iş vaxtı uzadılacaq
Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq.
BAKI, 6 mart — Sputnik. UEFA Avropa Liqasında "Qarabağ" Futbol Klubunun 1/8 final oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma gecə saatlarında başa çatacağından martın 7-dən martın 8-nə keçən gecə metropolitenin bütün stansiyalarında iş vaxtı 1 saat uzadılacaq. Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq.
Bundan başqa, oyuna geniş ictimai maraq olduğundan sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiyalarda əlavə tədbirlər görüləcək. Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi stadionun yaxınlığında yerləşən "Gənclik" stansiyasında tətbiq ediləcək.
"Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunmaqla stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər "28 May" və "Nərimanov" stansiyalarında da nəzərdə tutulacaq. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Saat 24:00-dan sonra qatarlar xüsusi qrafik üzrə hərəkət edəcək. Martın 7-də gün ərzində qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət etsə də, tələbata uyğun olaraq hərəkətin nizamlanması diqqətdə saxlanılacaq" - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.