Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna SQ-nin hücumunun uğursuzluğu ictimaiyyətin Putinə inamının artmasına səbəb olub

© AP Photo / LIBKOSUkrayna hərbçiləri
Ukrayna hərbçiləri - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Dünya ictimaiyyəti Ukraynanın "tərəfini saxlamağı" dayandırıb və Rusiya tərəfinin, konkret olaraq Rusiya Prezidenti Vladimir Putinin yürütdüyü siyasətin düzgün olduğu qənaətinə gəlib.
BAKI, 5 mart — Sputnik. Ukrayna silahlı qüvvələri ötən il uğursuz əks-hücum əməliyyatı keçirib.
Estoniyalı jurnalist Yulo Matteus, "ERR" onlayn nəşri üçün materialda bunun hansı nəticələrə gətirib çıxardığına işarə edib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti Ukraynanın "tərəfini saxlamağı" dayandırıb və Rusiya tərəfinin, konkret olaraq Rusiya Prezidenti Vladimir Putinin yürütdüyü siyasətin düzgün olduğu qənaətinə gəlib.
"Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğu və Qərbin ümumi çarəsizliyi etimadın artmasına güclü təkan verib" - müəllif qeyd edib.
Matteus əlavə edib ki, ABŞ-ın Ukrayna tərəfinə dəqiq nə vaxt yeni maliyyə yardımı edəcəyi hələlik bəlli deyil. Onların ləngliyi, nəticədə Avdeyevkada uğursuzluğa və Kiyevin müdafiəsinin zəifləməsinə səbəb olub.
Rusiya isə əksinə, öz mövqelərini yalnız gücləndirir. Ölkənin hərbi sənayesi sürətlə inkişaf edir.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Avdeyevkanı ələ keçirdikdən sonra Xarkovu azad edəcəyi barədə məlumat yayılmışdı. Bu qənaətə alman ekspertləri gəliblər.
Xəbər lenti
0