https://sputnik.az/20240305/rusiyanin-bas-naziri-bu-gun-azerbaycana-sefer-edecek-463033160.html
Azərbaycan və Rusiyanın Baş nazirləri nələri müzakirə ediblər?
Azərbaycan və Rusiyanın Baş nazirləri nələri müzakirə ediblər?
Sputnik Azərbaycan
Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir... 05.03.2024, Sputnik Azərbaycan
2024-03-05T20:10+0400
2024-03-05T20:10+0400
2024-03-06T09:20+0400
rusiya
mixail mişustin
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463055251_0:81:833:550_1920x0_80_0_0_6ff54b9f93f58247a3b60df73cd8e14b.jpg
BAKI, 5 mart - Sputnik. Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.Bu barədə məlumatı Azərbaycanın Nazirlər Kabineti yayıb. Hökumət başçıları əvvəlcə təkbətək formatında görüşüblər, sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş olub.Görüş əsnasında tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmaları və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb, tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.Hökumət başçıları investisiya qarşılıqlı fəaliyyətinin artdığını qeyd ediblər, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb.Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər.Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.Görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.***Rusiya Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində deyib.Baş nazir qarşılıqlı investisiyaların səviyyəsinin artırılmasını Moskva və Bakının əsas vəzifələrindən biri adlandırıb.***Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında təkbətək görüşü keçirilir. Görüş Azərbaycan Nazirlər Kabinetinin binasında keçirilir.Görüşə daha sonra nümayəndə heyətlərinin üzvləri qoşulacaq. Rusiya nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildir.Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.Xatırladaq ki, M.Mişustin Azərbaycana ikigünlük işgüzar səfərə gəlib.***Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib.Rusiya hökumət başçısı səfər çərçivəsində ölkə prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla danışıqlar aparacaq. Daha əvvəl bildirilib ki, Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək. Bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması planlaşdırılır. Mişustinin proqramında həmçinin Azərbaycan Milli Xalça Muzeyinə və Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına səfər də var.***Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.Bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək.Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463055251_0:3:833:628_1920x0_80_0_0_23fde1efa9765c66ac91992559713eb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail mişustin
Azərbaycan və Rusiyanın Baş nazirləri nələri müzakirə ediblər?
20:10 05.03.2024 (Yenilənib: 09:20 06.03.2024) Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
BAKI, 5 mart - Sputnik. Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.
Bu barədə məlumatı Azərbaycanın Nazirlər Kabineti yayıb.
Hökumət başçıları əvvəlcə təkbətək formatında görüşüblər, sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş olub.
Görüş əsnasında tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.
Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmaları və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb, tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.
Hökumət başçıları investisiya qarşılıqlı fəaliyyətinin artdığını qeyd ediblər, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.
Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.
Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb.
Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.
Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər.
Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.
Görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
Rusiya Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində deyib.
Baş nazir qarşılıqlı investisiyaların səviyyəsinin artırılmasını Moskva və Bakının əsas vəzifələrindən biri adlandırıb.
Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında təkbətək görüşü keçirilir.
Görüş Azərbaycan Nazirlər Kabinetinin binasında keçirilir.
Görüşə daha sonra nümayəndə heyətlərinin üzvləri qoşulacaq. Rusiya nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildir.
Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, M.Mişustin Azərbaycana ikigünlük işgüzar səfərə gəlib.
Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib.
Rusiya hökumət başçısı səfər çərçivəsində ölkə prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla danışıqlar aparacaq.
Daha əvvəl bildirilib ki, Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.
Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək. Bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması planlaşdırılır.
Mişustinin proqramında həmçinin Azərbaycan Milli Xalça Muzeyinə və Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına səfər də var.
Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.
Bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.
Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək.
Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.