https://sputnik.az/20240305/almaniyada-denasifikasiya-basa-catmayib-ve-bu-almanlar-ucun-tehlukelidir-463032543.html
Almaniyada denasifikasiya başa çatmayıb və bu, almanlar üçün təhlükəlidir
Almaniyada denasifikasiya başa çatmayıb və bu, almanlar üçün təhlükəlidir
Sputnik Azərbaycan
Diplomat Almaniyanın yüksək rütbəli zabitlərinin söhbətlərinin ələ keçirilmiş qeydlərinə cavab verib. 05.03.2024, Sputnik Azərbaycan
2024-03-05T00:25+0400
2024-03-05T00:25+0400
2024-03-05T00:25+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_0:0:2966:1668_1920x0_80_0_0_58323b1e62f82612941cfdbf2a2f472e.jpg
BAKI, 5 mart — Sputnik. Almaniyanın yüksək rütbəli zabitlərinin arasında baş tutan söhbətinin ələ keçirilmiş qeydləri bu ölkənin denasifikasiyasının tamamlanmadığını göstərib. Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Gənclər Festivalında deyib. Onun sözlərinə görə, bu vəziyyət dəyişdirilməsə, Almaniya üçün təhlükəli olacaq. "Ən dəhşətlisi odur ki, bu, təhlükəyə gətirib çıxaracaq və bu bir faktdır, yoxlaya bilərsiniz - əgər heç bir şey edilməzsə, bu proses alman xalqının özü tərəfindən dayandırılmazsa, ilk növbədə Almaniyanın özü üçün dəhşətli nəticələrə səbəb olacaq" - diplomat qeyd edib. Xatırladaq ki, Bundesver Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyatlar və təlimlər şöbəsinin müdiri Frank Qrefe, Hərbi Hava Qüvvələrinin müfəttişi İnqo Gerharts, habelə AFR hərbi idarəsinin kosmik komandanlığının hava əməliyyatları mərkəzinin əməkdaşları arasında olan söhbətin mətni dərc olunub. Bundan əlavə söhbətdə alman hərbçiləri "Taurus" raketlərindən istifadə edərək Krım körpüsünü məhv etmək üçün "intensiv" iş elan ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_235:0:2966:2048_1920x0_80_0_0_270ce9c5bbb3ed5f5e63f3c8d3604774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, almaniya
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, almaniya
Almaniyada denasifikasiya başa çatmayıb və bu, almanlar üçün təhlükəlidir
Diplomat Almaniyanın yüksək rütbəli zabitlərinin söhbətlərinin ələ keçirilmiş qeydlərinə cavab verib.
BAKI, 5 mart — Sputnik. Almaniyanın yüksək rütbəli zabitlərinin arasında baş tutan söhbətinin ələ keçirilmiş qeydləri bu ölkənin denasifikasiyasının tamamlanmadığını göstərib.
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Gənclər Festivalında deyib.
Onun sözlərinə görə, bu vəziyyət dəyişdirilməsə, Almaniya üçün təhlükəli olacaq.
"Ən dəhşətlisi odur ki, bu, təhlükəyə gətirib çıxaracaq və bu bir faktdır, yoxlaya bilərsiniz - əgər heç bir şey edilməzsə, bu proses alman xalqının özü tərəfindən dayandırılmazsa, ilk növbədə Almaniyanın özü üçün dəhşətli nəticələrə səbəb olacaq" - diplomat qeyd edib.
Xatırladaq ki, Bundesver Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyatlar və təlimlər şöbəsinin müdiri Frank Qrefe, Hərbi Hava Qüvvələrinin müfəttişi İnqo Gerharts, habelə AFR hərbi idarəsinin kosmik komandanlığının hava əməliyyatları mərkəzinin əməkdaşları arasında olan söhbətin mətni dərc olunub. Bundan əlavə söhbətdə alman hərbçiləri "Taurus" raketlərindən istifadə edərək Krım körpüsünü məhv etmək üçün "intensiv" iş elan ediblər.