Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən NATO təlimlərinə reaksiya: təxribat xarakteri daşıyır

© Sputnik / Наталья СеливерстоваRusiya XİN-nin binası, arxiv
Rusiya XİN-nin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
Moskva hesab edir ki, bu təlimlər nümayişkaranə şəkildə təxribat xarakteri daşıyır.
BAKI, 4 mart — Sputnik. NATO-nun "Nordic Response 2024" təlimləri hərbi insident riskini artırır, Rusiya onları izləyir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Qruşko jurnalistlərə deyib: "Təbii ki, hərbçilərimiz bunu izləyir, bunun üçün bizim bütün imkanlarımız var".
O qeyd edib ki, Rusiyanın siyasi mövqeyi hamıya məlumdur, Moskva hesab edir ki, bu təlimlər nümayişkaranə şəkildə təxribat xarakteri daşıyır.
"İstənilən təlimlər, xüsusən də təmas xəttinə coğrafi yaxınlıqda olan hərbi insident riskini artırır" - Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.
Bu gün Şimali Atlantika Alyansının (NATO) "Nordic Response 24" adlı genişmiqyaslı hərbi təlimləri başlayır.
Təlim martın 15-dək davam edəcək.
Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur.
"Nordic Response 24" quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 13 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.
Xəbər lenti
0