https://sputnik.az/20240304/almaniya-sefiri-rusiya-xn-e-cagirildi-463014257.html
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Sputnik Azərbaycan
Almaniya səfiri Xarici İşlər Nazirliyinin binasının girişində gözləyən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək diplomatik ofisə gedib. 04.03.2024, Sputnik Azərbaycan
2024-03-04T14:45+0400
2024-03-04T14:45+0400
2024-03-04T14:51+0400
almaniya
rusiya
rusiya xin
ukrayna
səfir
krım
https://cdnn1.img.sputnik.az/img/07e8/03/04/463014089_0:0:3072:1728_1920x0_80_0_0_dce8d6004ef8e934d02f44bba6f6a1a6.jpg
BAKI, 4 mart — Sputnik. Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə gəlib. Bu barədə TASS-ın müxbiri xəbər verir. Bildirilir ki, diplomat Krım körpüsünə hücumlarla bağlı alman zabitləri arasında dərc olunmuş söhbətlə əlaqədar nazirliyə çağırılıb. Almaniya səfiri Xarici İşlər Nazirliyinin binasının girişində gözləyən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək diplomatik ofisə gedib. Martın 1-i səhər saatlarında "Rossiya Seqodnya" media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan deyib ki, o, yüksək rütbəli alman Bundesver zabitlərinin "Krım körpüsünü necə bombalayacaqlarını" müzakirə etdiyi səs yazısını əldə edib. Onun sözlərinə görə, 40 dəqiqəlik səs yazısında Bundesver zabitləri həm ABŞ, həm də Britaniya hərbçilərini xatırladaraq, onların uzun müddətdir münaqişədə birbaşa iştirak etdiyini müzakirə edirlər. Həmin gün Simonyan danışığın mətnini dərc edib, çünki söhbətdə Bundesverin dörd yüksək rütbəli nümayəndəsi, o cümlədən Hərbi Hava Qüvvələrinin əməliyyatlar və təlimlər departamentinin rəhbəri iştirak edib. Onlar Ukraynaya "Taurus" raketlərinin göndərilməsi və Krım körpüsünə hücumu müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/04/463014089_80:0:2811:2048_1920x0_80_0_0_1f59ab9dd3dc6c6a0c364ce51fcc77e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya, rusiya xin, ukrayna, səfir, krım
almaniya, rusiya xin, ukrayna, səfir, krım
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
14:45 04.03.2024 (Yenilənib: 14:51 04.03.2024) Almaniya səfiri Xarici İşlər Nazirliyinin binasının girişində gözləyən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək diplomatik ofisə gedib.
BAKI, 4 mart — Sputnik. Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə gəlib. Bu barədə TASS-ın müxbiri xəbər verir.
Bildirilir ki, diplomat Krım körpüsünə hücumlarla bağlı alman zabitləri arasında dərc olunmuş söhbətlə əlaqədar nazirliyə çağırılıb.
Almaniya səfiri Xarici İşlər Nazirliyinin binasının girişində gözləyən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək diplomatik ofisə gedib.
Martın 1-i səhər saatlarında "Rossiya Seqodnya" media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan deyib ki, o, yüksək rütbəli alman Bundesver zabitlərinin "Krım körpüsünü necə bombalayacaqlarını" müzakirə etdiyi səs yazısını əldə edib. Onun sözlərinə görə, 40 dəqiqəlik səs yazısında Bundesver zabitləri həm ABŞ, həm də Britaniya hərbçilərini xatırladaraq, onların uzun müddətdir münaqişədə birbaşa iştirak etdiyini müzakirə edirlər.
Həmin gün Simonyan danışığın mətnini dərc edib, çünki söhbətdə Bundesverin dörd yüksək rütbəli nümayəndəsi, o cümlədən Hərbi Hava Qüvvələrinin əməliyyatlar və təlimlər departamentinin rəhbəri iştirak edib. Onlar Ukraynaya "Taurus" raketlərinin göndərilməsi və Krım körpüsünə hücumu müzakirə ediblər.