Çin bundan sonra da Rusiya-Ukrayna danışıqlarına yardım edəcək - xüsusi nümayəndə
13:52 03.03.2024 (Yenilənib: 14:19 03.03.2024)
© Sputnik / Виталий БелоусовRusiya və Çin bayraqları, arxiv
© Sputnik / Виталий Белоусов
Abunə olmaq
Çinli diplomat ölkəsinin Ukraynadakı münaqişənin nizamlanması istiqamətində bütün addımları atmağa hazır olduğunu bəyan edib.
BAKI, 3 mart - Sputnik. Çin Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşviqi üçün səylərini davam etdirməyə hazırdır. Bunu Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə bildirib.
“Çin sülh danışıqlarını təşviq etmək, Rusiya, Ukrayna və digər müvafiq tərəflər arasında vasitəçilik etmək üçün səylərini davam etdirməyə, konsensusa nail olmağa və Ukrayna böhranının yekun siyasi həllinə yardım etməyə hazırdır” - çinli diplomatbildirib.
© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidÇin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey
© Sputnik / Пресс-служба МИД РФ
/ Onun qənaətinə görə, Pekin və Moskva Çin-Rusiya münasibətlərinin daha da inkişafına töhfə verməlidir.
“Hər iki tərəf iki ölkənin dövlət başçılarının əldə etdiyi əsas mühüm konsensusa əsaslanmalı və ikitərəfli münasibətlərin gələcək inkişafına kömək etməlidir”.
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukraynadakı münaqişənin həlli yollarını tapmaq məqsədi daşıyan ikinci turu çərçivəsində Moskvaya təşrif buyurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.