Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bülbülə qəsəbəsində sursat aşkar edilib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Bülbülə qəsəbəsi ərazisində əl qumbarası, silah-sursat aşkar edilib
Bülbülə qəsəbəsi ərazisində əl qumbarası, silah-sursat aşkar edilib
 - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerində olub.
BAKI, 3 mat - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı partladıcısız 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 36 kalibr tüfəng mərmisi, 8 ədəd 5x45 mm-lik kiçik çaplı mərmi və 1 ədəd MPT-3 ov tüfəngi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Bülbülə qəsəbəsi ərazisində əl qumbarası, silah-sursat aşkar edilib
Bülbülə qəsəbəsi ərazisində əl qumbarası, silah-sursat aşkar edilib
 - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Bülbülə qəsəbəsi ərazisində əl qumbarası, silah-sursat aşkar edilib
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0