Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb BMT-nin fundamental prinsiplərini pozur - Lavrov

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 02.03.2024
Abunə olmaq
Rusiya XİN başçısının fikrincə, BMT pis təşkilat deyil, lakin iqtisadi cəhətdən inkişaf etmiş bəzi dövlətlər hesab edirlər ki, prinsipləri öz maraqlarına uyğun şəkildə poza, manipulyasiya edə bilərlər.
BAKI, 02 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ başda olmaqla, Qərbin BMT-nin fundamental prinsiplərini pozduğunu bəyan edib.
Bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
“Biz hara gəlib çıxdığımızı təhlil etməliyik. BMT pis təşkilat deyil, əsasnaməsi var. Sadəcə, bir sıra iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər hesab edirlər ki, prinsipləri öz maraqlarına uyğun şəkildə poza, manipulyasiya edə bilərlər. Ölkələr arasında bərabər hüququ real əsasda bərpa etmək lazımdır” - Lavrov deyib.
21.02.24, 22:17
Lavrov: Kiyev və Qərb ölkələri münaqişənin həllində maraqlı deyil
Nə Kiyev, nə də Qərb ölkələri Ukraynada siyasi nizamlanmaya maraq göstərmir. Bu səbəbdən Moskva xüsusi hərbi əməliyyatı məqsədlərinə çatana qədər davam etdirəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "O Globo" qəzetinə müsahibəsində bildirib.
"Nə Kiyev, nə də Qərb münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirmir. Bizim başqa seçimimiz yoxdur. Xüsusi hərbi əməliyyat məqsədlərinə çatana qədər davam edəcək", - Rusiya XİN rəhbəri deyib.
Lavrov xatırladıb ki, Xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələri Rusiya Prezidenti Vladimir Putin tərəfindən açıqlanıb. Xüsusilə, bu, demilitarizasiya və denazifikasiya, Rusiyanın təhlükəsizliyinə onun ərazisindən gələn təhdidlərin aradan qaldırılmasıdır.
Ukrayna böhranının davamlı və ədalətli həllinə nail olmaq üçün onun əsas səbəbləri aradan qaldırılmalıdır. Qərb Ukraynaya hərbi yardıma son qoymalı, Kiyev isə hərbi əməliyyatları dayandırmalıdır. Rusiya xarici işlər naziri əlavə edib ki, Ukrayna neytral, bloklara qoşulmamış və nüvəsiz statusa qayıtmalı və vətəndaşların hüquq və azadlıqlarına hörmət etməlidir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya hələ də Ukraynada Xüsusi hərbi əməliyyatın bəyan etdiyi bütün hədəflərə nail olmayıb. XHƏ-nin məqsədlərindən biri Ukraynanın denazifikasiyasıdır ki, bu da ölkədə bütün neonasist hərəkatlarının qadağan edilməsi deməkdir.
Xəbər lenti
0