Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yuri Qaqarinin qızı onun adını ticarət nişanı kimi qeydiyyatdan keçirib

© Sputnik / Юрий Стрелец / Mediabanka keçidQalina Qaqarina (solda)
Qalina Qaqarina (solda) - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Abunə olmaq
Kosmonavtın qızı döş nişanları, köynəklər və hətta atasının adının çəkildiyi kompüter oyunlarından gəlir əldə edəcək.
BAKI, 1 mart — Sputnik. Kosmonavt Yuri Qaqarinin qızı məşhur atasının adına ticarət nişanını qeydiyyatdan keçirib.
Bu barədə "Mash" xəbər verib.
Qalina Qaqarina "Yuri Qaqarin" ticarət nişanını "Rospatent"də qeydiyyatdan keçirib. Kosmonavtın qızı döş nişanları, köynəklər və hətta atasının adının çəkildiyi kompüter oyunlarından gəlir əldə edəcək.
Qalina Qaqarinanın 62 yaşı var. O, iqtisad elmləri doktoru, professor, G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin kafedra müdiridir. Bacısı Yelena ixtisasca sənətşünasdır, 64 yaşı var.
Yuri Alekseyeviç Qaqarin 1934-cü il martın 9-da anadan olub, 1968-ci il martın 27-də vəfat edib. Sovet pilot-kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı və bir çox ölkələrin ali ordenlərinin sahibi idi. Qaqarin həm də bir çox Rusiya və xarici şəhərlərin fəxri vətəndaşı olub.
12 aprel 1961-ci ildə Yuri Qaqarin kosmosa uçan ilk insan olub.
Xəbər lenti
0