https://sputnik.az/20240301/rusiya-rani-neft-ve-qaz-hasilati-texnologiyalari-ile-temin-edir---biznes-surasinin-sedri-462938959.html
Rusiya İranı neft və qaz hasilatı texnologiyaları ilə təmin edir - Biznes Şurasının sədri
Rusiya İranı neft və qaz hasilatı texnologiyaları ilə təmin edir - Biznes Şurasının sədri
Sputnik Azərbaycan
Tehranda Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudcinin sədrliyi ilə Rusiya Federasiyası ilə İran arasında ticarət-iqtisadi... 01.03.2024, Sputnik Azərbaycan
2024-03-01T09:56+0400
2024-03-01T09:56+0400
2024-03-01T09:56+0400
neft
rusiya
rusiya
iran
texnologiya
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861635_0:256:2730:1792_1920x0_80_0_0_c337cb8ec1dfb22099036c5aa36058e3.jpg
BAKI, 1 mart — Sputnik. Rusiya çətin əldə edilən ərazilərdə neft və qaz hasil etmək üçün İrana texnologiya ixrac edir. RF-də həmçinin bəzi İran mühəndislik həllərindən istifadə olunur. İranın "Şana" agentliyinin məlumatına görə, bunu Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Rusiya-İran İşgüzar Şurasının sədri Leonid Lojeçko deyib."Biz çətin əldə edilən ərazilərdə [neft və qaz] hasil etmək üçün texnologiyanı İrana ötürürük, həmçinin Rusiyadakı iranlı həmkarlarımızın texniki və mühəndis həllərindən istifadə edirik". Lojeçko bildirib ki, ötən müddət ərzində Rusiyanın 2,5 minə yaxın texnoloji şirkəti İranla əməkdaşlıq və qarşılıqlı fəaliyyət təcrübəsi əldə edib. İşgüzar şuranın rəhbəri qeyd edib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin başa çatdırılması "tranzit dəhlizinin bütün marşrutu üzrə ticarət mübadiləsinin həcmini artırmağa imkan verəcək" - şura sədri bildirib. Qeyd edək ki, fevralın 28-də Tehranda Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudcinin sədrliyi ilə Rusiya Federasiyası ilə İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Novak bildirib ki, tərəflər arasında qarşılıqlı fəaliyyətə dair bir sıra sənədlər, o cümlədən neft-qaz sənayesində elmi-texniki əməkdaşlığın yol xəritəsinə avadanlıqların standartlaşdırılmasını nəzərdə tutan dəyişikliklərə dair protokol imzalanıb. İclaslar çərçivəsində Rusiyanın "Transneft" şirkəti ilə İranın Neft Nazirliyi arasında magistral boru kəmərlərinin saxlanılması və təmiri, Neft çənlərinin diaqnostikası və birgə elmi tədqiqat və inkişaf işlərində Kooperasiya imkanları ilə bağlı "texnoloji əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi üzrə Anlaşma memorandumu"nu imzalayıblar. Oudci İran və Rusiya Federasiyası arasında neft və qaz sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, "iki ölkə arasında qarşılıqlı əlaqələrin genişlənəcəyinə" ümid etdiyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861635_0:0:2730:2048_1920x0_80_0_0_81a7ef5bc6501f13375e490d5ef4cb8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
neft, rusiya, iran, texnologiya
neft, rusiya, iran, texnologiya
Rusiya İranı neft və qaz hasilatı texnologiyaları ilə təmin edir - Biznes Şurasının sədri
Tehranda Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudcinin sədrliyi ilə Rusiya Federasiyası ilə İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib.
BAKI, 1 mart — Sputnik. Rusiya çətin əldə edilən ərazilərdə neft və qaz hasil etmək üçün İrana texnologiya ixrac edir. RF-də həmçinin bəzi İran mühəndislik həllərindən istifadə olunur. İranın "Şana" agentliyinin məlumatına görə, bunu Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Rusiya-İran İşgüzar Şurasının sədri Leonid Lojeçko deyib.
"Biz çətin əldə edilən ərazilərdə [neft və qaz] hasil etmək üçün texnologiyanı İrana ötürürük, həmçinin Rusiyadakı iranlı həmkarlarımızın texniki və mühəndis həllərindən istifadə edirik". Lojeçko bildirib ki, ötən müddət ərzində Rusiyanın 2,5 minə yaxın texnoloji şirkəti İranla əməkdaşlıq və qarşılıqlı fəaliyyət təcrübəsi əldə edib. İşgüzar şuranın rəhbəri qeyd edib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin başa çatdırılması "tranzit dəhlizinin bütün marşrutu üzrə ticarət mübadiləsinin həcmini artırmağa imkan verəcək" - şura sədri bildirib.
Qeyd edək ki, fevralın 28-də Tehranda Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudcinin sədrliyi ilə Rusiya Federasiyası ilə İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Novak bildirib ki, tərəflər arasında qarşılıqlı fəaliyyətə dair bir sıra sənədlər, o cümlədən neft-qaz sənayesində elmi-texniki əməkdaşlığın yol xəritəsinə avadanlıqların standartlaşdırılmasını nəzərdə tutan dəyişikliklərə dair protokol imzalanıb.
İclaslar çərçivəsində Rusiyanın "Transneft" şirkəti ilə İranın Neft Nazirliyi arasında magistral boru kəmərlərinin saxlanılması və təmiri, Neft çənlərinin diaqnostikası və birgə elmi tədqiqat və inkişaf işlərində Kooperasiya imkanları ilə bağlı "texnoloji əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi üzrə Anlaşma memorandumu"nu imzalayıblar. Oudci İran və Rusiya Federasiyası arasında neft və qaz sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, "iki ölkə arasında qarşılıqlı əlaqələrin genişlənəcəyinə" ümid etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.