Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Xırdalana metro nə vaxt çəkiləcək? Rəsmi açıqlama

© Sputnik / Murad OrujovBakı Metropoliteninin "Xocasən" elektrik deposu və stansiyası
Bakı Metropoliteninin Xocasən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Ruslan Əlixanov deyib ki, metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və "Bakı Metropoliteni"nin Müşahidə Şurası tərəfdən təsdiq edilib.
BAKI, 29 fevral — Sputnik. Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş planında Heydər Əliyev Beynəlxalq Aeroportuna və Xırdalan şəhərində metro xəttinin çəkilməsi yoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov qurumun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.

"Paytaxtın inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma hava limanı və Xırdalan istiqamətində metro xəttinin çəkilməsi nəzərdə tutmur. Ola bilsin ki, həmin tarixdən sonra hər iki istiqamətə metro xətti çəkilsin" - deyə sədr qeyd edib.

Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov isə deyib ki, metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və "Bakı Metropoliteni"nin Müşahidə Şurası tərəfdən təsdiq edilib.
İcraçı direktor bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.
Ruslan Əlixanov əlavə edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0