https://sputnik.az/20240229/xankendi-baki-ultra-marafonu-baslanib-462934273.html
Xankəndi-Bakı ultra marafonu başlanıb
Xankəndi-Bakı ultra marafonu başlanıb
Sputnik Azərbaycan
64 nəfərin iştirak etdiyi ultra marafonuna yerli idmançılarla yanaşı, Türkiyə, Moldova və Meksikadan 10 nəfərə yaxın insan qatılıb. 29.02.2024, Sputnik Azərbaycan
2024-02-29T10:19+0400
2024-02-29T10:19+0400
2024-02-29T10:50+0400
qarabağ
marafon
xankəndi
bakı
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462933465_0:49:945:581_1920x0_80_0_0_48fdbda3512aa9ff6b61c843732111f6.jpg
BAKI, 29 fevral — Sputnik. İlk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonuna Xankəndi şəhərindən start verilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Xankəndi şəhərindən "Qürurla irəli" şüarı səsləndirərək start götürən ultra marafonu iştirakçıları 380 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar.64 nəfərin iştirak etdiyi ultra marafonuna yerli iştirakçılarla yanaşı, Türkiyə, Moldova və Meksikadan 10 nəfərə yaxın iştirakçı qatılıb.Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarış "İdman həftəsi" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir. Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar. Qeyd edək ki, ilk mərhələ Yevlax rayonunda başa çatacaq və birinci mərhələnin qalibi elan olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462933465_53:0:893:630_1920x0_80_0_0_f9dce982ae36962bfbaaa4bbab6e9043.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
marafon, xankəndi, bakı
Xankəndi-Bakı ultra marafonu başlanıb
10:19 29.02.2024 (Yenilənib: 10:50 29.02.2024) 64 nəfərin iştirak etdiyi ultra marafonuna yerli idmançılarla yanaşı, Türkiyə, Moldova və Meksikadan 10 nəfərə yaxın insan qatılıb.
BAKI, 29 fevral — Sputnik. İlk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonuna Xankəndi şəhərindən start verilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Xankəndi şəhərindən "Qürurla irəli" şüarı səsləndirərək start götürən ultra marafonu iştirakçıları 380 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar.
64 nəfərin iştirak etdiyi ultra marafonuna yerli iştirakçılarla yanaşı, Türkiyə, Moldova və Meksikadan 10 nəfərə yaxın iştirakçı qatılıb.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarış "İdman həftəsi" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir. Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar. Qeyd edək ki, ilk mərhələ Yevlax rayonunda başa çatacaq və birinci mərhələnin qalibi elan olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.