Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN kimyəvi silahlardan istifadə iddialarına cavab verdi

© Sputnik / Наталья СеливерстоваRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Təqdim edilən əvvəlki sübutlar Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin iştirakı ilə təşkil edilmiş böhtanlar olduğunu göstərir
BAKI, 29 fevral — Sputnik. Moskvanın Kimyəvi Silahlar Konvensiyasını (CWC) pozması ilə bağlı istənilən iddia yalandır və bu, Qərb kəşfiyyat orqanlarının böhtanıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Rusiya Federasiyası Konvensiyanın vicdanlı iştirakçısıdır və onun müddəalarına ciddi şəkildə əməl edir. Xüsusi hərbi əməliyyat kontekstində də bunun əksini iddia edən bütün bəyanatlar yalandır və təqdim edilən əvvəlki sübutlar Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin iştirakı ilə təşkil edilmiş böhtanlar olduğunu göstərir" - Rusiya XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Silahlı Qüvvələrinin (RSQ) Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəhbəri İqor Kirillov bildirmişdi ki, ABŞ onilliklər ərzində müxtəlif ölkələrə qarşı kimyəvi və bioloji silahlar hazırlayır və tətbiq edir.
Bundan əlavə, COVID-19-un inkişaf ssenarisinin həyata keçirilməsi və USAİD-in 2019-cu ildə bağlanması "Proqnoz" proqramlarının pandemiyanın məqsədyönlü xarakter daşıdığından və onun yaranmasında ABŞ-ın iştirakının olmasından xəbər verir.
Rusiyanın sərhədlərinə yaxın ərazidə "nomenklaturaya" görə Pentaqonun nəzarətində olan 50-dən çox bioloji laboratoriya var: vəba, tulyaremiya, taun, Konqo-Krım qızdırması, hantaviruslar. ABŞ-da PUA-lar əsasında bioloji silahların çatdırılması və istifadəsi üçün texniki vasitələrin inkişafı barədə məlumatlar var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0