https://sputnik.az/20240229/rusiya-ve-terefdaslari-tehlukesiz-logistik-dehlizler-yaratmaga-davam-edecekler---putin-462945450.html
Rusiya və tərəfdaşları təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəklər - Putin
Rusiya və tərəfdaşları təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəklər - Putin
Sputnik Azərbaycan
Rusiya Prezidenti RF Federal Məclisinə müraciət edir. 29.02.2024, Sputnik Azərbaycan
2024-02-29T14:32+0400
2024-02-29T14:32+0400
2024-02-29T14:56+0400
rusiya
rusiya prezidenti vladimir putin
nato
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942856_0:0:3235:1819_1920x0_80_0_0_d391b3b897d35d2fb10238f39f1f0ebd.jpg
BAKI, 29 fevral — Sputnik. Rusiya və onun tərəfdaşları təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəklər. Bunu Rusiya dövlət başçısı Vladimir Putin bildirib. Onun sözlərinə görə, Qərbin özü öz valyutalarını və bank sistemini gözdən salır:"Onlar onilliklər boyu oturduqları budağı kəsirlər". "Biz tərəfdaşlarla bərabər, qarşılıqlı hörmət və bir-birimizin maraqları nəzərə alınmaqla fəaliyyət göstəririk. Ona görə də getdikcə daha çox dövlət Rusiyanın iştirakı ilə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, ŞƏT, BRİKS və digər assosiasiyaların işinə fəal şəkildə qoşulur" - prezident vurğulayıb. Putin bildirib ki, NATO-nun İsveç və Finlandiya hesabına şərqə doğru genişlənməsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) qərb istiqamətində qruplaşmalarının ciddi şəkildə gücləndirilməsi zərurətini yaradır:Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942856_222:0:2951:2047_1920x0_80_0_0_1e0285c47ed5816068739b773393e1de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, nato
rusiya prezidenti vladimir putin, nato
Rusiya və tərəfdaşları təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəklər - Putin
14:32 29.02.2024 (Yenilənib: 14:56 29.02.2024) Rusiya Prezidenti RF Federal Məclisinə müraciət edir.
BAKI, 29 fevral — Sputnik. Rusiya və onun tərəfdaşları təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəklər. Bunu Rusiya dövlət başçısı Vladimir Putin bildirib.
"Biz dost dövlətlərlə birlikdə effektiv və təhlükəsiz logistik dəhlizlər yaratmağa davam edəcəyik", - Putin Federal Məclisə müraciətində bildirib.
Onun sözlərinə görə, Qərbin özü öz valyutalarını və bank sistemini gözdən salır:
"Onlar onilliklər boyu oturduqları budağı kəsirlər".
"Biz tərəfdaşlarla bərabər, qarşılıqlı hörmət və bir-birimizin maraqları nəzərə alınmaqla fəaliyyət göstəririk. Ona görə də getdikcə daha çox dövlət Rusiyanın iştirakı ilə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, ŞƏT, BRİKS və digər assosiasiyaların işinə fəal şəkildə qoşulur" - prezident vurğulayıb.
Putin bildirib ki, NATO-nun İsveç və Finlandiya hesabına şərqə doğru genişlənməsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) qərb istiqamətində qruplaşmalarının ciddi şəkildə gücləndirilməsi zərurətini yaradır:
"NATO-nun şərqdə növbəti genişlənməsi və İsveç və Finlandiyanın alyansda iştirakı ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün qərb strateji istiqamətdə qruplaşmaları gücləndirmək ciddi şəkildə lazımdır".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.