Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Belarus alimləri döş xərçəngi növlərindən birinə qarşı dərman sintez ediblər

© Depositphotos.com / Expsycholog.gmail.comXərçəng xəstəsi olan qız
Xərçəng xəstəsi olan qız - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Nəticə olaraq adi kimyəvi terapiya dərmanları ilə müqayisədə ən təhlükəli xərçəng hüceyrələrinə təsir edə bilən və üstəlik, böyrək hüceyrələri üçün üç dəfə, dəri hüceyrələri üçün isə yüzlərlə dəfə az zəhərli olan birləşmə daha sonra siçanlar üzərində sınaqdan keçirilib.
BAKI, 29 fevral — Sputnik. Rusiya Federasiyası və Belarus universitetlərinin onkoloqları və biokimyaçıları xərçəng hüceyrələrinin böyüməsinə maneə ola bilən maddələri birgə sintez ediblər. Söhbət xüsusilə təhlükəli və mürəkkəb patologiyadan - üçlü mənfi xərçəng adlanan, bütün döş xərçəngi hallarının 15-20%-ni təşkil edən və dünyada əsasən gənc qadınlarda baş verən xərçəngdən gedir.
Bu barədə Tolyatti Dövlət Universitetinin (TDU) mətbuat xidməti məlumat verib.
"Tədqiqatçılar üçlü mənfi süd vəzi xərçəngi hüceyrələrinin böyüməsinə maneə törədə bilən maddələri sintez ediblər - qadın xərçəngi patologiyasının bu növü müalicəsi ən çətin olandır. Tədqiqatda üç universitetdən - Sankt-Peterburqdan, Belarusiya və Tolyatti Dövlət Universitetlərindən, həmçinin N. N. Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzindən (Moskva) mütəxəssislər iştirak ediblər" - mətbuat xidməti qeyd edib.
Qiymətli metallardan hazırlanmış düşünülmüş dizayn
Həll yollarından birini Belaruslu həmkarlarının iştirakı ilə Sankt-Peterburq Dövlət Universitetinin dosenti Mixail Kinjalovun komandası təklif edib. Orada platin və palladium əsasında yeni dərmanlar sintez ediblər. Alimlər bioloji hədəflərlə dəqiq qarşılıqlı əlaqədə ola bilən və bədəndə yüksək enerjiyə malik unikal məkan mürəkkəbliyi strukturları yaratmaq üçün ağıllı molekulyar dizayn üzərində işləyiblər.
Sankt-Peterburq Dövlət Universitetinin alimləri bu yaxınlarda əldə edilmiş bir sıra maddələri sınaq üçün Tolyatti Dövlət Universitetinin Dərman Kimyası Mərkəzinə təqdim ediblər. Mərkəzin direktoru Aleksandr Bunevin sözlərinə görə, təcrübələr üçün hormonlara həssas olan tipik xərçəng hüceyrələrindən və üçlü mənfi xərçəngin laboratoriya modelindən istifadə edilib. Sağlam insan dərisi və böyrək hüceyrələri üzərində də araşdırma aparılıb.
Nəticədə adi kimyəvi terapiya dərmanları ilə müqayisədə ən təhlükəli xərçəng hüceyrələrinə təsir edə bilən və üstəlik, böyrək hüceyrələri üçün üç dəfə, dəri hüceyrələri üçün isə yüzlərlə dəfə az zəhərli olan birləşmə alınıb. Bu birləşmə daha sonra N.N.Bloxin adına Milli Onkologiya Tibbi Tədqiqat Mərkəzində siçanlar üzərində sınaqdan keçirilərək öz effektivliyini göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0