Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya bu halda ABŞ-la strateji sabitliyə dair danışıqlar aparıla bilməz - Putin

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ Владимир Путин выступает с ежегодным посланием к Федеральному Собранию.
Президент РФ Владимир Путин выступает с ежегодным посланием к Федеральному Собранию. - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Rusiya lideri bildirib ki, güclü və suveren Rusiya olmadan davamlı dünya nizamı mümkün deyil.
BAKI, 29 fevral — Sputnik. Moskva Rusiyanın milli təhlükəsizlik məsələlərindən təcrid olunmuş halda Vaşinqtonla strateji sabitlik üzrə danışıqların aparılması imkanını rədd edir. Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

"Mövqeyimiz aydındır. Əgər bütün planet üçün vacib olan mühüm təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilməlidirsə, o zaman bunu yalnız vahid kompleks halında etmək lazımdır. Təbii ki, bizim milli maraqlarımıza toxunan və ölkəmizin təhlükəsizliyinə, Rusiyanın təhlükəsizliyinə birbaşa təsir edən bütün aspektlər də bura daxildir" - Putin bildirib.

Putin deyib ki, Rusiya xalqının çoxəsrlik birliyi nəhəng, hər şeyə qalib gələn qüvvədir.

"Əsgər və zabitlərimiz - xristianlar və müsəlmanlar, buddistlər və yəhudi dininin davamçıları, müxtəlif etnik qrupların, mədəniyyətlərin, regionların nümayəndələri Rusiya xalqının çoxəsrlik birliyinin min bir sözdən daha güclü olduğunu sübut etdilər. Hamısı birlikdə, çiyin-çiyinə, vahid ümumi Vətən uğrunda mübarizə aparırlar" - Putin Federal Məclisə illik müraciətində bildirib.

Rusiya lideri bildirib ki, güclü və suveren Rusiya olmadan davamlı dünya nizamı mümkün deyil.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0