Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: ƏMH standartlarını uğurla dəf edənlərə vergi güzəştləri tətbiq olunacaq

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində mütəmadi olaraq tibbi müayinədən keçməkdən və "Əməyə və müdafiəyə hazıram" (ƏMH) standartlarından danışıb.
BAKI, 29 fevral — Sputnik. "Mütəmadi olaraq tibbi müayinədən keçən və "Əməyə və müdafiəyə hazıram" (ƏMH) standartlarının öhdəsindən uğurla gələn Rusiya vətəndaşları 2025-ci ildən etibarən vergi güzəştləri hüququna malik olacaqlar".
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Biz mütəmadi olaraq tibbi müayinədən keçən, həmçinin ƏMH standartlarının öhdəsindən uğurla gələn hər kəs üçün vergi güzəştləri edəcəyik" - dövlət başçısı deyib.
"Məşhur şüarı xatırlayırsınızmı? Bu zarafat hamının yadındadır: "İçməyi dayandır – xizək sürməyə başla!" - Rusiya Prezidenti əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edib.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0