https://sputnik.az/20240229/putin-abs-in-teklifini-ikiuzluluk-adlandirdi-462946496.html
Putin ABŞ-ın təklifini ikiüzlülük adlandırdı
Putin ABŞ-ın təklifini ikiüzlülük adlandırdı
Sputnik Azərbaycan
Rusiya dövlət başçısı bildirir ki, ABŞ-ın Rusiyanı məğlub etmək cəhdləri ilə yanaşı strateji sabitlik üzrə dialoq təklifi ikiüzlüdür. 29.02.2024, Sputnik Azərbaycan
2024-02-29T15:09+0400
2024-02-29T15:09+0400
2024-02-29T15:25+0400
rusiya prezidenti vladimir putin
rusiya
abş
federal məclis
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942654_0:0:3072:1728_1920x0_80_0_0_30de439dab0140804238cd77de6f79a1.jpg
BAKI, 29 fevral — Sputnik. ABŞ və onun peyklərinin hərəkətləri Avropa təhlükəsizliyinin sıradan çıxmasına gətirib çıxarıb. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Putin deyib ki, bu, hamı üçün risklər yaradır. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qurulmuş monopoliyalar və bununla bağlı stereotiplər dağılır. Rusiya Federasiyasının Federal Məclisinə müraciəti zamanı prezident qeyd edib ki, Rusiya qlobal çağırışlara, o cümlədən dünya iqtisadiyyatı, ticarət, maliyyə və texnologiya bazarlarının sürətli transformasiyasına cavab vermək üçün səyləri birləşdirməyə çalışır. Rusiya dövlət başçısı bildirir ki, ABŞ-ın Rusiyanı məğlub etmək cəhdləri ilə yanaşı strateji sabitlik üzrə dialoq təklifi ikiüzlüdür: Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir. Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir. Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462942654_171:0:2902:2048_1920x0_80_0_0_5df42e279e8bc22bec32486c0037659e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, abş, federal məclis
rusiya prezidenti vladimir putin, abş, federal məclis
Putin ABŞ-ın təklifini ikiüzlülük adlandırdı
15:09 29.02.2024 (Yenilənib: 15:25 29.02.2024) Rusiya dövlət başçısı bildirir ki, ABŞ-ın Rusiyanı məğlub etmək cəhdləri ilə yanaşı strateji sabitlik üzrə dialoq təklifi ikiüzlüdür.
BAKI, 29 fevral — Sputnik. ABŞ və onun peyklərinin hərəkətləri Avropa təhlükəsizliyinin sıradan çıxmasına gətirib çıxarıb. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin deyib ki, bu, hamı üçün risklər yaradır.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qurulmuş monopoliyalar və bununla bağlı stereotiplər dağılır.
Rusiya Federasiyasının Federal Məclisinə müraciəti zamanı prezident qeyd edib ki, Rusiya qlobal çağırışlara, o cümlədən dünya iqtisadiyyatı, ticarət, maliyyə və texnologiya bazarlarının sürətli transformasiyasına cavab vermək üçün səyləri birləşdirməyə çalışır.
Rusiya dövlət başçısı bildirir ki, ABŞ-ın Rusiyanı məğlub etmək cəhdləri ilə yanaşı strateji sabitlik üzrə dialoq təklifi ikiüzlüdür:
"Onlar bizimlə ciddi şəkildə strateji sabitlik məsələlərini müzakirə etmək niyyətindədirlər, eyni zamanda, döyüş meydanında Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu, ikiüzlülüyün bariz nümunəsi ola bilər" - prezident deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.