Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rosatom" Türkiyədə üçüncü atom elektrik stansiyasını tikmək istəyir

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRosatom loqosu
Rosatom loqosu - Sputnik Azərbaycan, 1920, 28.02.2024
Abunə olmaq
Lixaçevin sözlərinə görə, Türkiyənin Rusiyaya həvalə etdiyi Sinopdakı ikinci atom elektrik stansiyası ilə bağlı hazırda "Rosatom" və Türkiyənin Energetika Nazirliyi danışıqlar aparır.
BAKI, 28 fevral — Sputnik. "Rosatom" Türkiyədə üçüncü atom elektrik stansiyasının tikintisi üzrə tenderdə iştirak etməyə hazırdır və rəqabətdən qorxmur. Bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.
İndi Rusiyanın iştirakı ilə Türkiyədə ilk atom elektrik stansiyası olan Akkuyu tikilir, Lixaçev Dövlət Dumasında hökumət saatının yekunları ilə bağlı jurnalistlərə açıqlamsında deyib.
"Türkiyə rəhbərliyi Akkuyu tikintisinin gedişindən razıdır və bu, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər açır" - Lixaçev bildirib.
Lixaçevin sözlərinə görə, Türkiyənin Rusiyaya həvalə etdiyi Sinopdakı ikinci atom elektrik stansiyası ilə bağlı hazırda "Rosatom" və Türkiyənin Energetika Nazirliyi danışıqlar aparır.
O bildirib ki, stansiyanın texniki görünüşü, layihənin idarəetmə sistemi və iqtisadi parametrləri müzakirə edilir.
"Türkiyədə başqa bir ərazidə də nüvə enerjisini inkişaf etdirmək planlaşdırılır. Çox güman ki, bir neçə təchizatçı tenderdə mübarizə aparacaq. Biz rəqabətdən qorxmuruq, əksinə, bu, bizi daha çox ruhlandırır" - Lixaçev əlavə edib.
Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tikintisi Rusiya-Türkiyə birgə ən böyük layihəsinə çevrilib. Planlaşdırılır ki, Rusiyanın 1200 meqavat gücündə qabaqcıl "VVER-1200" reaktorları ilə dörd enerji blokunun hamısı istismara verildikdən sonra hər stansiya ildə, təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edərək Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. İlk enerji blokunun işə salınması 2024-cü ilə planlaşdırılıb.
"Akkuyu" AES qlobal nüvə sənayesində "tik-sahib ol-işlət" modelindən istifadə etməklə həyata keçirilən ilk layihədir. Layihənin dəyəri, təxminən 20 milyard dollardır. "Akkuyu" nüvə enerjisində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
Xəbər lenti
0