Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa ölkələri Rusiya neftini Hindistan vasitəsilə daha baha qiymətə alır - Siyarto

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidPeter Siyarto, arxiv
Peter Siyarto, arxiv - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Rusiyaya qarşı sanksiyaları məsxərəyə qoyub.
BAKI, 26 fevral - Sputnik. Aİ-nin Rusiyaya qarşı sanksiyaları “əla” işləyir. Bunu istehza ilə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, sanksiyalardan sonra Avropa ölkələri Hindistan vasitəsilə Rusiya neftini daha baha qiymətə alır.

“Aİ-nin sanksiya siyasəti də ona görə uğursuz oldu ki, o, gözlənildiyi kimi Rusiya iqtisadiyyatını diz çökdürmədi, əksinə Avropa iqtisadiyyatına problemlər gətirdi. Sizə bir misal verim: 2022-ci ildə Hindistan neftinin idxalının 0,4 faizi Rusiyanın payına düşüb. İndi isə 35 faizdir. Əvvəllər Aİ Hindistandan çox az neft idxal edirdi və ya heç etmirdi. Hindistan hazırda Aİ üçün bir nömrəli neft satıcısıdır. İndi siz deyin, sanksiyalar işləyir, ya yox?" - Siyarto Macarıstan parlamentinin iclasında bildirib.

"Nəticə nədir? Ruslar neft satır, biz avropalılar isə baha qiymətə alırıq. Yaxşı, onda deyə bilərəm ki, bu, mükəmməl işləyən tədbirlər silsiləsidir!" - nazir qeyd edib.
© Sputnik / Vladimir SergeevRusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban demişdi ki, Avropa Rusiyanın enerji resurslarından imtina edərək ABŞ-ın xeyrinə uduzur, çünki onlar üçün 5-10 dəfə artıq pul ödəməyə məcburdur.
Onun sözlərinə görə, Avropa bu vəziyyətdə kimin qalib gələcəyi ilə bağlı “amerikalı dostlarına” suallar verməlidir.
Avropa, Macarıstanın baş nazirinin qeyd etdiyi kimi, Ukraynadakı münaqişə və sanksiyalarla bağlı mövqeyini dəyişməyə hələ hazır deyil, lakin “həqiqət anı” gələcək, çünki mövcud siyasət Avropa iqtisadiyyatını və təhlükəsizliyini məhv edir.
© Sputnik / Илья Питалев / Mediabanka keçidRosneft-in Moskvadakı baş ofisi
Главный офис Роснефти в Москве - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Rosneft-in Moskvadakı baş ofisi
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etmək cəsarəti çatışmır.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0