https://sputnik.az/20240224/bakida-fransanin-mustemlekecilik-siyaseti-ile-bagli-beynelxalq-konfrans-kecirilir-459772456.html
BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür etdi
BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür etdi
Sputnik Azərbaycan
Beynəlxalq ekspert Carlyle G.Corbin deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb. 24.02.2024, Sputnik Azərbaycan
2024-02-24T14:33+0400
2024-02-24T14:33+0400
2024-02-24T14:04+0400
paytaxt xəbərləri
bakı
konfrans
fransa
müstəmləkə
müstəmləkəçilik siyasəti
korsika
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440297043_0:68:995:628_1920x0_80_0_0_3bca6df52f31faea9857a02cd710a4c9.jpg
BAKI, 24 fevral - Sputnik. BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G.Corbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib.O, bu barədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.O vurğulayıb ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib: “Dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Dövrlərlə bəzi toplumlarda müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində hərəkatlar baş qaldırsa da, bu ölkələr azadlıqdan çox uzaqda qalıblar. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir”.Qeyd edək ki, İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçirilir. Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.20.10.23, 10:30Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilibBakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir.Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edirlər.Qeyd edək ki, BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.
korsika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440297043_158:0:995:628_1920x0_80_0_0_e50f19ac833a401ce04710b6f67c3692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, konfrans, fransa, müstəmləkə, müstəmləkəçilik siyasəti, korsika
bakı, konfrans, fransa, müstəmləkə, müstəmləkəçilik siyasəti, korsika
BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür etdi
Beynəlxalq ekspert Carlyle G.Corbin deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb.
BAKI, 24 fevral - Sputnik. BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G.Corbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib.
O, bu barədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib: “Dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Dövrlərlə bəzi toplumlarda müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində hərəkatlar baş qaldırsa da, bu ölkələr azadlıqdan çox uzaqda qalıblar. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir”.
Qeyd edək ki, İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçirilir. Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.
Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilib
Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir.
Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edirlər.
Qeyd edək ki, BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.