Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Navalnının nəşi anasına təhvil verilib

© AP Photo / Jean-Francois BadiasАлексей Навальный, фото из архива
Алексей Навальный, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2024
Abunə olmaq
Bu gün rusiyalı siyasətçinin həyat yoldaşı Yulia Navalnayanın ərinin nəşinin anasına verilməməsi ilə bağlı videoaçıqlaması yayılıb.
BAKI, 24 fevral — Sputnik. Aleksey Navalnının nəşi onun anasına verilib və hazırda o, Salexarddadır.
Bu barədə müxalifətçinin mətbuat katibi Kira Yarmış (Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) X (keçmiş Twitter) səhifəsində məlumat verib.
"Aleksey Navalnının cəsədi anası Lyudmilaya verilib" - Yarmış yazıb.
Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, bu gün rusiyalı siyasətçinin həyat yoldaşı Yulia Navalnayanın ərinin nəşinin anasına verilməməsi ilə bağlı videoaçıqlaması yayılıb.
Qeyd edək ki, 47 yaşlı Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın 16-da saxlanılıdığı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.
Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.
Fevralın 22-də Lyudmila Navalnaya onun ölümü ilə bağlı tibbi arayış imzalayıb. Nəticədə ölüm səbəblərinin təbii olduğu bildirilib.
22.02.24, 22:01
Navalnının ölümü barədə tibbi rəydə nə yazılıb?
Fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy məlum olub.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, Navalnının anası Lyudmila fevralın 21-də müstəntiqlərin onu Salexard morquna apardığını və oğlunun meyitini göstərdiklərini söyləyib.
O, tibbi ölüm şəhadətnaməsinə imza atdığını deyib.
Lyudmila Navalnaya göstərilən tibbi rəydə Alekseyin ölümünün səbəbinin təbii olduğu bildirilir.
19.02.24, 16:20
Kreml Navalnının ölümü ilə bağlı spekulyasiyaları yolverilməz hesab edir
Aleksey Navalnının ölümü ilə bağlı Qərb siyasətçilərinin bəyanatları ədəbsizlikdir və dövlət rəsmilərinə yaraşmır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kreml nümayəndəsi istintaqın davam etdiyinə və bütün lazımi tədbirlərin görüldüyünə diqqət çəkib və bildirib ki, hələlik istintaqın nəticələri açıqlanmayıb.
"İnformasiyanın olmadığı bir şəraitdə kobud bəyanatlar vermək qətiyyən yolverilməzdir" - Peskov bildirib.
"Bu bəyanatlar təbii ki, dövlətimizin başçısına heç bir ziyan vura bilməz, lakin bu cür bəyanatlar verənləri qətiyyən qiymətli etmir" - o vurğulayıb.
Peskov Rusiya Prezidenti Vladimir Putinin Navalnının ölümünə reaksiyasının necə olması barədə danışmayıb: "Mənim bu mövzuda deyilənlərə əlavə edəcəyim heç nə yoxdur".
Xatırladaq ki, Federal Penitensiar Xidmətin regional idarəsinin məlumatına görə, Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında Aleksey Navalnı* dünyasını dəyişib. Cəzaçəkmə müəssisəsində məhkum A.A.Navalnı* gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəliblər və təcili tibbi yardım briqadası çağırılıb. Məhkum üzərində aparılan reanimasiya tədbirləri müsbət nəticə verməyib. Hazırda Navalnının* ölüm səbəbləri müəyyənləşdirilir.
16.02.24, 15:59
Aleksey Navalnı həbsxanada öldü
Rusiyalı müxalif siyasətçi, videobloger Aleksey Navalnı* Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında dünyasını dəyişib. Bu barədə Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb.
"Bu il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum A.A.Navalnı gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəliblər və təcili tibbi yardım briqadası çağırılıb" - məlumatda bildirilir.
Navalnını reanimasiya etməyə çalışsalar da, buna nail olmayıblar. Təcili yardım həkimləri onun öldüyünü müəyyən ediblər.
Navalnı "İv Roşe"nin mənimsəmə işi üzrə şərti cəzası 2021-ci ilin fevralında şərti cəza rejiminin pozulması səbəbindən real həbslə əvəz edildikdən sonra həbsxanaya salınıb.
Ötən ilin martında Moskvanın Lefortovo Rayon Məhkəməsi onu əvvəlki işlə birlikdə dələduzluqda və məhkəməyə hörmətsizlikdə ittiham edərək, 9 il müddətinə ciddi rejimli koloniyada həbsə məhkum edib. İşin ikinci epizodu Böyük Vətən Müharibəsi veteranı İqnat Artemenkoya böhtan atdığına görə hökm çıxaran hakim Vera Akimovanın təhqir olunması ilə bağlı olub. Məhkəmənin qərarına görə, Navalnı 850 min rubl cərimələnib.
2022-ci ilin mayında Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin qərarını qanuni hesab edib və iyun ayında Navalnı İ6 saylı ciddi rejimli islah koloniyasına köçürülüb.
"Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A.-nın qəfil ölümü ilə əlaqədar əməliyyat və tibb bölmələrinin rəhbərlərindən və əməkdaşlarından ibarət komissiya yaradılıb və ərazi orqanına və müəssisəsinə göndərilib" - məlumatda deyilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Aleksey Navalnının ölüm səbəbləri həkimlər tərəfindən aydınlaşdırılmalıdır.
"Bilmirəm. Həkimlər bunu izah etməlidirlər" - o, jurnalistlərə bildirib.
"RPX Aleksey Navalnının ölümü ilə bağlı bütün yoxlamaları həyata keçirir. Bu, əlavə tapşırıq tələb etmir. Bununla bağlı hər kəsin rəhbər tutduğu müəyyən qaydalar var" - Peskov əlavə edib.
Peskov onu da qeyd edib ki, Aleksey Navalnının ölümü ilə bağlı prezident Vladimir Putinə məlumat verilib.
*Terrorizm və ekstremizmlə məşğul olanların reyestrinə daxil edilmişdir.
Xəbər lenti
0