https://sputnik.az/20240223/taysayev-rusiya-ile-azerbaycan-arasinda-movcud-olandan-daha-six-elaqe-ola-bilmez-462840857.html
Taysayev: "Rusiya ilə Azərbaycan arasında mövcud olandan daha sıx əlaqə ola bilməz"
Taysayev: "Rusiya ilə Azərbaycan arasında mövcud olandan daha sıx əlaqə ola bilməz"
Sputnik Azərbaycan
Asiya Parlament Assambleyasının əsas mesajı bir ölkənin hegemon olmaq istəyini məhv edən çoxtərəfli, çoxvektorlu siyasətdir. Rusiya Federasiyası Dövlət... 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T16:59+0400
2024-02-23T16:59+0400
2024-02-23T16:59+0400
rusiya
rusiya
parlament
asiya
dövlət duması
mdb
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462834907_0:0:2902:1632_1920x0_80_0_0_2c048f662cd1db6193bdae518844c0e9.jpg
BAKI, 23 fevral — Sputnik. Bakıda, Rixard Zorge adına parkda Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin abidəsi önünə əklilqoyma mərasimi olub. Mərasimdə Azərbaycan paytaxtında keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar iclasında iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun rəhbərlik etdiyi rusiyalı senatorlar və deputatlar iştirak ediblər. Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Boris Çernışov "Sputnik Azərbaycan"a müsahibəsində qeyd edib ki, hazırda bu platforma mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, APA-nın 14-cü plenar sessiyasında fərqli mövqelər səslənib, lakin bunlardan başlıcası sülh, qarşılıqlı dəstək, ədalət və qərar qəbul prosesində hamının bərabər hüquqlu iştirakı əsasında əməkdaşlıq əhval-ruhiyyəsidir. "Rusiya Federasiyasının Dövlət Duması təkcə formal qarşılıqlı fəaliyyətə deyil, həm də iqtisadiyyat, mədəni qarşılıqlı fəaliyyət, sosial siyasət, miqrasiya problemləri, enerji məsələləri sahəsində mühüm qərarların qəbulundan ibarət olan illər ərzində sübut olunmuş dostluğa hazırdır. Cənubi Qafqazda təhlükəsizlik və asayişin qorunması, bu gün Prezident Vladimir Putin tərəfindən müəyyən edilmiş Rusiyanın xarici siyasət vektorunun əsas istiqamətidir" - Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini vurğulayıb. Rusiya Parlamentinin Aşağı Palatasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Kazbek Taysayev "Sputnik Azərbaycan"a müsahibəsində qeyd edib ki, tədbir çox gərgin proqrama malikdir, ikitərəfli görüşlər çox maraqlı keçir. Qeyd edək ki, Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası sabah, fevralın 24-də öz işinə yekun vuracaq. Xatırladaq ki, APA-ya Azərbaycan və Rusiya da daxil olmaqla 42 ölkənin parlamenti daxildir, Asiya ölkələrinin 17 qanunverici orqanı müşahidəçi statusuna malikdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462834907_145:0:2876:2048_1920x0_80_0_0_15e37ce25461b9f9410e0bc4f1229712.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
rusiya, parlament, asiya, dövlət duması, mdb
rusiya, parlament, asiya, dövlət duması, mdb
Taysayev: "Rusiya ilə Azərbaycan arasında mövcud olandan daha sıx əlaqə ola bilməz"
Asiya Parlament Assambleyasının əsas mesajı bir ölkənin hegemon olmaq istəyini məhv edən çoxtərəfli, çoxvektorlu siyasətdir. Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Boris Çernışov bildirib ki, bu, öz səsinin eşidilməsini istəyən ölkələr üçün imkanlar yaradır.
BAKI, 23 fevral — Sputnik. Bakıda, Rixard Zorge adına parkda Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin abidəsi önünə əklilqoyma mərasimi olub.
Mərasimdə Azərbaycan paytaxtında keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar iclasında iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun rəhbərlik etdiyi rusiyalı senatorlar və deputatlar iştirak ediblər.
Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Boris Çernışov "Sputnik Azərbaycan"a müsahibəsində qeyd edib ki, hazırda bu platforma mühüm əhəmiyyət kəsb edir.
"Bu gün Bakıda 40-a yaxın dövlətin nümayəndəsi toplaşıb, onların hər birinin öz gündəliyi var. Amma əsas məsələ onların suverenliyinin qorunub saxlanması, Asiyada dialoqun inkişafı və hər kəs üçün yeni imkanların olmasıdır. APA-nın əsas mesajı bir ölkənin hegemon olmaq istəyini məhv edən çoxtərəfli, çoxvektorlu siyasətdir. Bu, öz səsinin eşidilməsini istəyən ölkələrə imkanlar yaradır" - Çernışov bildirib.
O qeyd edib ki, APA-nın 14-cü plenar sessiyasında fərqli mövqelər səslənib, lakin bunlardan başlıcası sülh, qarşılıqlı dəstək, ədalət və qərar qəbul prosesində hamının bərabər hüquqlu iştirakı əsasında əməkdaşlıq əhval-ruhiyyəsidir.
"Rusiya Federasiyasının Dövlət Duması təkcə formal qarşılıqlı fəaliyyətə deyil, həm də iqtisadiyyat, mədəni qarşılıqlı fəaliyyət, sosial siyasət, miqrasiya problemləri, enerji məsələləri sahəsində mühüm qərarların qəbulundan ibarət olan illər ərzində sübut olunmuş dostluğa hazırdır. Cənubi Qafqazda təhlükəsizlik və asayişin qorunması, bu gün Prezident Vladimir Putin tərəfindən müəyyən edilmiş Rusiyanın xarici siyasət vektorunun əsas istiqamətidir" - Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini vurğulayıb.
Rusiya Parlamentinin Aşağı Palatasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Kazbek Taysayev "Sputnik Azərbaycan"a müsahibəsində qeyd edib ki, tədbir çox gərgin proqrama malikdir, ikitərəfli görüşlər çox maraqlı keçir.
"Bizim Azərbaycanla çoxillik dostluğumuz var. Azərbaycanlı həmkarlarımızla əla münasibətlərimiz var. Biz mütəmadi olaraq təkcə dialoqlar yox, həm də ümumi məsələləri həll etdiyimiz birgə görüşlər keçiririk. Bundan sıx əlaqə ola bilməz. Biz, əlbəttə ki, bundan sonra da inkişaf edəcək və daha da irəliləyəcək. Bu gün münasibətlərimiz çox yüksək, müsbət, mehriban, dostluq səviyyəsindədir" - Taysayev əlavə edib.
Qeyd edək ki, Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası sabah, fevralın 24-də öz işinə yekun vuracaq.
Xatırladaq ki, APA-ya Azərbaycan və Rusiya da daxil olmaqla 42 ölkənin parlamenti daxildir, Asiya ölkələrinin 17 qanunverici orqanı müşahidəçi statusuna malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.