Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Ermənistanın KTMT ilə bağlı bəyanatlarına reaksiya verib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidKTMT
KTMT  - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Ermənistanın baş naziri Nikol Paşinyan "France24" telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
BAKI, 23 fevral — Sputnik. Rusiya tərəfi İrəvandan Ermənistanın KTMT-də iştirakını dayandırması ilə bağlı bəyanatların mənasını aydınlaşdırmaq niyyətindədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik" - Peskov Ermənistanın baş nazirinin sözlərini şərh edərkən bildirib.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanın KTMT-yə üzvlüyünün dayandırılması ilə bağlı bəyanatlarını hələlik müzakirə etməyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "France24" telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
Nikol Paşinyan deyib ki, ölkəsi KTMT-də iştirakını dondurub, lakin Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsinə baxılmır.
Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası barədə danışan Paşinyan qeyd edib ki, bu bazanın kollektiv təhlükəsizlik müqaviləsi ilə əlaqəsi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0