QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda partlamamış döyüş sursatları aşkar edilib

© AR Ministry of DefenceAğdam rayonu ərazisində partlamamış döyüş sursatları aşkar edilib
Ağdam rayonu ərazisində partlamamış döyüş sursatları aşkar edilib - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.
BAKI, 23 fevral — Sputnik. Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.
Qeyd olunub ki, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0