Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Baydenin təhqirinə cavab verib

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Putin bildirib ki, ABŞ-da baş verənləri daxili siyasi nöqteyi-nəzərdən başa düşür və bu reaksiya tamamilə adekvatdır.
BAKI, 22 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun ünvanına təhqiramiz ifadələr işlətməsinə münasibət bildirib.
Putin Baydenin reaksiyasını adekvat adlandırıb.
"Biz sizinlə bu yaxınlarda danışmışdıq. Siz məndən ABŞ-nin gələcək prezidenti kimi kimə üstünlük verdiyimizi soruşdunuz. Mən dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün daha üstün olanı Baydendir. İndi onun dediklərindən aydın olur ki, mən tamamilə haqlıyam. Ona görə də, bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə deyə bilməz ki, “Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin". Biz orada baş verənləri daxili siyasi nöqteyi-nəzərdən başa düşürük və bu reaksiya tamamilə adekvatdır, deməli, mən haqlı idim... Məndən soruşdular ki, bizim üçün yaxşısı nədir, mən o vaxt dediyim kimi indi elə hesab edirəm və təkrar edə bilərəm: Bayden" - Putin "Rossiya" kanalına müsahibəsində amerikalı həmkarına cavab verib.
ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini “it oğlu” adlandırıb.
Bu barədə RİA Novosti BAğ Evin media mərkəzinə istinadən məlumat yayıb.
“Bizim bu Putin və başqaları kimi dəli it uşaqlarımız var və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir” - deyə Bayden vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin martında Co Bayden Polşa və Ukrayna sərhədindəki Ukrayna qaçqın düşərgəsinə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putini “qəssab” adlandırmışdı.
Kremlin sözçüsü Dmitri Peskov isə Baydenin Putinə qarşı təhqirinə cavab olaraq deyib ki, ABŞ Prezidenti özünü “Hollivud kovboyu” tərzində aparmağa çalışır.
O qeyd edib ki, Rusiya Prezidenti heç vaxt özünə belə təhqirlərə icazə verməz.
"ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı bəyanatları biabırçı və utancvericidir. Çətin ki belə bəyanatlar Rusiya Prezidentini zəiflətsin" - Peskov əlavə edib.
Xəbər lenti
0