Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev "qanlı təlxək", "sönük texnokratlar" və ABŞ-la gələcək münasibətlər barədə

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidMedvedev
Medvedev  - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Medvedevin sözlərinə görə, danışıqlar Ukraynada hakimiyyət dəyişikliyindən sonra mümkün olacaq.
BAKI, 22 fevral — Sputnik. Mümkün danışıqlar üçün Rusiyanın şərtləri aydındır - bu, xüsusi əməliyyatın nəticələrinin tanınmasıdır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya KİV-lərinə, o cümlədən "RİA Novosti"yə müsahibəsində bildirib.
Təhlükəsizlik Şurası sədrinin müavini Ukrayna ilə danışıqlar mövzusuna toxunaraq qeyd edib ki, Rusiya Federasiyası onlardan heç vaxt imtina etməyib, lakin Qərb bu istiqamətdə Kiyevdən heç bir nəticə əldə edə bilmir. Ukraynanı danışıqlara sövq etmək cəhdləri belə hələ ki, uğur gətirməyib.
Medvedevin sözlərinə görə, danışıqlar Ukraynada hakimiyyət dəyişikliyindən sonra mümkün olacaq.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini onu da qeyd edib ki, Zelenski (Ukrayna prezidenti Vladimir Zelenski - red.) tarixə qanlı təlxək kimi düşəcək:
"Bu obraza gəlincə, onun taleyi şübhəsiz kədərlidir - ölkəsinin tarixində, dünya tarixində məşhur nəşrlər sayəsində tanınan, xalqına yaxşı heç nə gətirməyən qanlı təlxək kimi qalacaq".
Sönük texnokratlar
Dmitri Medvedev hazırda Rusiya Federasiyası ilə ortaq dil axtarmasının məntiqli olacağı Avropa liderlərinin olmadığını, yalnız qaydanı pozan istisnalar olduğunu da bildirib. Siyasətçi Qərb liderlərini ABŞ-dan gələn əmrləri yerinə yetirən "sönük texnokratlar" adlandırıb.
"Ona görə də orada danışılacaq heç kim yoxdur" – Medvedev deyib.
"Avropada, artıq dəfələrlə dediyim kimi, liderlər yoxa çıxıb. Yalnız Avroatlantik idealları bölüşən sönük texnokratlar nəsli yetişib. Onlar öz milli problemləri ilə məşğul olmaq əvəzinə, Vaşinqtonun göstərişlərinə əməl edirlər. Bəli, Robert Fitso və ya Viktor Orban kimi istisnalar var. Qalanların hamısı öz mövqeyinə malik olmayan insanlardır" - Medvedev deyib.
O, Avropada Rusiya Federasiyası üçün ümumi dil tapmağın daha asan olacağı insanların hakimiyyətə gəlməsini istisna etməyib.
Rusiya ABŞ-la münasibətləri yaxşılaşdıracaq?
Rusiya TŞ-nin sədr müavini yaxın illərdə Rusiya ilə Amerika arasında münasibətləri yaxşılaşdırmağın mümkün olub-olmaması sualına da cavab verib. O, bildirib ki, yaxın onilliklərdə Rusiya və ABŞ arasında normal münasibətlər olmayacaq, yaxşılaşma mümkün deyil:
"Yaxın illərdə, onilliklərdə baş verənlərdən sonra Amerika Birləşmiş Ştatları ilə normal münasibətlər olmayacaq. Biz ümumiyyətlə, ABŞ-da hakimiyyətin başında kimin olmasına tamamilə biganəyik. Mənim hazırkı mövqeyim, orada hansısa birbaşa diplomatik əlaqələr qurmaq zərurətindən asılı olmayaraq, bəzi digər dövrlərlə müqayisədə daha qəti və açıq danışmağa imkan verir. Sadəcə cavab verəcəm: mümkün deyil".
Bundan əvvəl Dmitri Medvedev Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatı qələbə ilə başa çatdırmaq üçün hər şeyi edəcəyi barədə bəyanat vermişdi.
Prezident Vladimir Putin, həmçinin qeyd edib ki, rusiyalıların böyük əksəriyyətinin ordu və donanma ilə birliyi Rusiyanın uğurlarının əsasıdır.
Xəbər lenti
0