https://sputnik.az/20240222/kendden-sehere-heftesonu-yarmarkasi-acilacaq-462634712.html
"Kənddən Şəhərə" yarmarkası bu dəfə alıcıları necə təəccübləndirəcək?
"Kənddən Şəhərə" yarmarkası bu dəfə alıcıları necə təəccübləndirəcək?
Sputnik Azərbaycan
Vətəndaşlar burada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər. 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T15:54+0400
2024-02-22T15:54+0400
2024-02-22T15:10+0400
kənddən şəhərə yarmarkası
paytaxt xəbərləri
aqta
şəhər
sakin
təchizat
metro
"gənclik" stansiyası
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777913_0:0:3072:1728_1920x0_80_0_0_65c0681191fe820a178889687fa8f93b.jpg
BAKI, 22 fevral — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 24-25 fevral tarixlərində "Kənddən Şəhərə" həftəsonu yarmarkası təşkil olunacaq. Alıcılar təbii kənd məhsullarını qeyd edilən tarixlərdə saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında baş tutacaq yarmarkadan əldə edə bilərlər. Ümumilikdə 20-dən artıq rayondan 40-dan çox fermerin yarmarkada iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən yetişdirilir. Yarmarkanın əsas üstünlüklərindən biri də məhsulların satışının birbaşa fermerlər tərəfindən həyata keçirilməsidir. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar burada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər. Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar.14.02.24, 21:47Kənd Təsərrüfatı Nazirliyi fevralın 17-dən 18-dək Bakıda "Kənddən Şəhərə" həftəsonu yarmarkası təşkil edəcək. Yarmarkada, ümumilikdə, 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər. Bu tədbirin keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. "Kənddən Şəhərə" yarmarkalarında iştirak etmək istəyən fermerlər ödənişsiz formada (+994 50 400 88 99) çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Fermerlərin piştaxta, tərəzi, soyuducu və digər ləvazimatlarla təchiz olunmaqla, öz məhsullarını şəhər sakinlərinə təqdim etməsi mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777913_335:0:3066:2048_1920x0_80_0_0_1c2b46f65503adb1ac812f43137ca750.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kənddən şəhərə yarmarkası, aqta, şəhər, sakin, təchizat, metro, "gənclik" stansiyası
kənddən şəhərə yarmarkası, aqta, şəhər, sakin, təchizat, metro, "gənclik" stansiyası
"Kənddən Şəhərə" yarmarkası bu dəfə alıcıları necə təəccübləndirəcək?
Vətəndaşlar burada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.
BAKI, 22 fevral — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 24-25 fevral tarixlərində "Kənddən Şəhərə" həftəsonu yarmarkası təşkil olunacaq.
Alıcılar təbii kənd məhsullarını qeyd edilən tarixlərdə saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında baş tutacaq yarmarkadan əldə edə bilərlər. Ümumilikdə 20-dən artıq rayondan 40-dan çox fermerin yarmarkada iştirakı gözlənilir.
Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən yetişdirilir.
Yarmarkanın əsas üstünlüklərindən biri də məhsulların satışının birbaşa fermerlər tərəfindən həyata keçirilməsidir. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.
Vətəndaşlar burada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər. Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar.
Kənd Təsərrüfatı Nazirliyi fevralın 17-dən 18-dək Bakıda "Kənddən Şəhərə" həftəsonu yarmarkası təşkil edəcək.
Yarmarkada, ümumilikdə, 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir.
Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.
Bu tədbirin keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
"Kənddən Şəhərə" yarmarkalarında iştirak etmək istəyən fermerlər ödənişsiz formada (+994 50 400 88 99) çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.
Fermerlərin piştaxta, tərəzi, soyuducu və digər ləvazimatlarla təchiz olunmaqla, öz məhsullarını şəhər sakinlərinə təqdim etməsi mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.