Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiyanın tələblərini dinləməkdən imtina etməklə Ukraynadakı vəziyyəti gərginləşdirir

© Sputnik / Sergey Guneev / Mediabanka keçidABŞ və Rusiya bayraqları
ABŞ və Rusiya bayraqları - Sputnik Azərbaycan, 1920, 21.02.2024
Abunə olmaq
Rusiya Ukraynadakı münaqişənin həlli üçün dialoqdan imtina etmir.
BAKI, 21 fevral — Sputnik. Vaşinqton və onun əlaltıları Moskvanın əsas tələblərini eşitmək və anlamaqdan imtina etməklə Ukraynadakı vəziyyəti gərginləşdirirlər.
Bunu Amerikanın "Newsweek" jurnalına müsahibəsində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Onun sözlərinə görə, Rusiyanın tələbləri dəyişməz qalıb - ukraynalı quldurların denazifikasiyası və demilitarizasiyası, həmçinin rusofobiyadan və Kiyevin NATO planlarından imtina etməsi.
Antonov ABŞ-ın Ukrayna Silahlı Qüvvələrini silahla təmin etdiyini də qeyd edərək, bunu "yaxşı investisiya" adlandırıb.
"Onlar hökumət infrastrukturuna, mülki şəxslərə və hətta öz əsgərlərinə qarşı müharibə cinayətləri və terror aktları törətmək üçün ölümcül texnologiyadan istifadə edən müştərilərinin dəhşətli cinayətlərinə göz yumurlar", - diplomatik missiyanın nümayəndəsi vurğulayıb.
Səfirin əlavə edib ki, Rusiya Ukraynadakı münaqişənin həlli üçün dialoqdan imtina etmir. Sülh razılaşmaları gec-tez əldə olunacaq.
Bundan əvvəl amerikalı iş adamı İlon Mask belə bir fikir bildirmişdi ki, Ukrayna hakimiyyəti bir il əvvəl sülh sazişi bağlamalı idi, bu, minlərlə insanın həyatını xilas edə bilərdi.
Xəbər lenti
0