https://sputnik.az/20240220/rusiyanin-xususi-herbi-emeliyyati-davam-etdirmek-ucun-butun-iqtisadi-imkanlari-var-462732079.html
Rusiyanın xüsusi hərbi əməliyyatı davam etdirmək üçün bütün iqtisadi imkanları var
Rusiyanın xüsusi hərbi əməliyyatı davam etdirmək üçün bütün iqtisadi imkanları var
Sputnik Azərbaycan
Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq üçün lazımi tədbirlər görür. 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T09:03+0400
2024-02-20T09:03+0400
2024-02-20T09:03+0400
rusiya
ukrayna
beynəlxalq valyuta fondu
rusiya prezidenti vladimir putin
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/04/460265670_0:0:3107:1748_1920x0_80_0_0_e2607c8e678cc1cba34632c97c21ed6d.jpg
BAKI, 20 fevral — Sputnik. İqtisadi baxımdan Rusiyanın xüsusi hərbi əməliyyatı (XHƏ) davam etdirmək üçün hər cür imkanı var. Bu barədə Rusiya mediası "Business Insider" nəşrinə istinadən xəbər verib. "Sırf iqtisadi baxımdan, Moskvanın hərbi əməliyyatları davam etdirmək üçün əhəmiyyətli imkanları var" - rusiyalı ekspert Hassan Malik deyib. Ekspert vurğulayıb ki, 2022-ci ildə Rusiya iqtisadiyyatı 1,2% azalıb, Ukraynanın ÜDM-i isə həmin il 29,1% azalıb. Hassan qeyd edib ki, Rusiya enerji resursları, kənd təsərrüfatı və metallurgiya sahəsində tutduğu mövqeyə görə əsas qlobal iqtisadiyyatdır. Onun sözlərinə görə, Rusiyada iqtisadiyyatı gücləndirmək üçün görülən tədbirlər, məsələn, malların ixracında Çin və Hindistana istiqamətləndirmə və yeni tədarük zəncirləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirini daha da azaldır. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Gita Qopinat Rusiya iqtisadiyyatının müsbət artım ərazisində möhkəm olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin Xabarovskda Sakit okean Dövlət Universitetində sahibkarlarla görüşü zamanı Rusiya Federasiyasının hərtərəfli təzyiq şəraitində böyük iqtisadi nailiyyətlər əldə etdiyini qeyd edib. Dövlət başçısının sözlərinə görə, Rusiya iqtisadiyyatı 2023-cü ildə Avropada birinci olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/04/460265670_246:0:2975:2047_1920x0_80_0_0_eddaf656903c5f41712e986c9b26bf1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, beynəlxalq valyuta fondu, rusiya prezidenti vladimir putin, xüsusi hərbi əməliyyat
ukrayna, beynəlxalq valyuta fondu, rusiya prezidenti vladimir putin, xüsusi hərbi əməliyyat
Rusiyanın xüsusi hərbi əməliyyatı davam etdirmək üçün bütün iqtisadi imkanları var
Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq üçün lazımi tədbirlər görür.
BAKI, 20 fevral — Sputnik. İqtisadi baxımdan Rusiyanın xüsusi hərbi əməliyyatı (XHƏ) davam etdirmək üçün hər cür imkanı var.
Bu barədə Rusiya mediası "Business Insider" nəşrinə istinadən xəbər verib.
"Sırf iqtisadi baxımdan, Moskvanın hərbi əməliyyatları davam etdirmək üçün əhəmiyyətli imkanları var" - rusiyalı ekspert Hassan Malik deyib.
Ekspert vurğulayıb ki, 2022-ci ildə Rusiya iqtisadiyyatı 1,2% azalıb, Ukraynanın ÜDM-i isə həmin il 29,1% azalıb. Hassan qeyd edib ki, Rusiya enerji resursları, kənd təsərrüfatı və metallurgiya sahəsində tutduğu mövqeyə görə əsas qlobal iqtisadiyyatdır.
Onun sözlərinə görə, Rusiyada iqtisadiyyatı gücləndirmək üçün görülən tədbirlər, məsələn, malların ixracında Çin və Hindistana istiqamətləndirmə və yeni tədarük zəncirləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirini daha da azaldır.
Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Gita Qopinat Rusiya iqtisadiyyatının müsbət artım ərazisində möhkəm olduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putin Xabarovskda Sakit okean Dövlət Universitetində sahibkarlarla görüşü zamanı Rusiya Federasiyasının hərtərəfli təzyiq şəraitində böyük iqtisadi nailiyyətlər əldə etdiyini qeyd edib. Dövlət başçısının sözlərinə görə, Rusiya iqtisadiyyatı 2023-cü ildə Avropada birinci olub.