Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya kosmosa nüvə silahının yerləşdirilməsinin qəti əleyhinədir - Putin

© Sputnik / Alexey DruzhininRusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinlə görüşü zamanı
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinlə görüşü zamanı - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
RF lideri sözügedən məsələ ilə bağlı Rusiyanın mövqeyinin həmişə aydın və şəffaf olduğunu diqqətə çatdırıb.
BAKI, 20 fevral - Sputnik. Rusiya Federasiyası həmişə nüvə silahının kosmosda yerləşdirilməsinin qəti əleyhinə olub və indi də onun əleyhinədir, bu mövqe aydın və şəffafdır.
Bunu Rusiya dövlət başçısı Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
“Bu sual son vaxtlar Qərbdə, o cümlədən ABŞ-da nüvə silahlarının kosmosda yerləşdirilməsi ilə bağlı artan səs-küylə bağlıdır. Bizim mövqeyimiz aydın və şəffafdır: biz həmişə nüvə silahının kosmosda yerləşdirilməsinin qəti əleyhinə olmuşuq” - deyə dövlət başçısı bildirib.
Putin bildirib ki, Rusiya kosmosda digər ölkələrin etdiyini edir və ABŞ-ın bundan xəbəri var.
"Kosmosa gəldikdə, biz kosmosda yalnız digər ölkələrin, o cümlədən ABŞ-ın etdiklərini edirik" - Putin deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0