Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ötən il Rusiya dost ölkələrə neft ixracı payını 86 faizə çatdırıb – Novak

© AP Photo / Pat Sullivanneft
neft - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Neft öz dövrünü hələ başa vurmayıb, dünyada ən azı 2040-cı ilə qədər bu resursa tələbat artmaqda davam edəcək.
BAKI, 20 fevral — Sputnik. Ötən təqvim ilində Rusiya dost ölkələrə neft ixracı payını 86%-ə, neft məhsulları ixracı payını 84%-ə çatdırıb. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın "Rusiya" sərgi-forumu çərçivəsində Energetika günündə təqdim etdiyi təqdimatdan belə qənaətə gəlmək olar.
"Sanksiyaların tətbiqindən sonra neft və neft məhsullarının ixracının həcmi yeni bazarlara yönəldilib" - təqdimatda deyilir.
© Sputnik / Murad OrujovAleksandr Novak
Заместитель председателя правительства РФ Александр Новак - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Aleksandr Novak
Təqdim olunan məlumatlara əsasən, 2021-ci ildə Rusiya Federasiyasından dost ölkələrə neft ixracının payı 40% təşkil edirdisə, 2023-cü ildə bu rəqəm 86%-ə yüksəlib. Bu ölkələrin Rusiyanın neft məhsulları ixracındakı payı isə 2021-ci ildəki 30%-dən 2023-cü ildə 84%-ə yüksəlib.
Təqdimatda, həmçinin qeyd olunub ki, "son 20-25 ildə neft hasilatında əhəmiyyətli artım dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri sayəsində əldə edilib".
Xüsusilə, Oxotsk, Peçora və Baltik dənizlərində şelf yataqlarının işlənməsinin dəstəklənməsi hesabına 2023-cü ildə Rusiya şelfində hasilat 2003-cü ildəki 1,7 milyondan 24 milyon tona yüksəlib. Şərqi Sibirdə yataqların işlənməsinin dəstəklənməsi hesabına isə hasilat 20 il ərzində ildə 0,5 milyon tondan 54 milyon tona qədər artıb.
Bundan əlavə, qeyd olunub ki, neft sənayesinə illik investisiyalar təxminən 2 trilyon rubl təşkil edir.

"Neft öz dövrünü hələ başa vurmayıb, dünyada ən azı 2040-cı ilə qədər bu resursa tələbat artmaqda davam edəcək. Çoxları deyir ki, neft öz dövrünü başa vurub. Əminliklə deyə bilərəm ki, bu, belə deyil. Bir çox ekspertlərin proqnozlarına görə, neft istehlakı hələ uzun müddət artmaqda davam edəcək" - Rusiya baş nazirinin müavini sözünə davam edib.

Novak, həmçinin əlavə edib ki, "ən azı 2040-cı ilə qədər artım tempi, təxminən 14% olacaq ki, bu da il ərzində, təxminən 1 milyon barel əlavə tələb deməkdir".
Rusiya Baş nazirinin müavini Aleksandr Novak daha sonra Rusiyanın MTQ ixracı barədə danışıb. Onun sözlərinə görə, bu rəqəmin 2023-cü ildəki 33 milyon tondan 2030-cu ilə qədər 110 milyon tona çatdırılması planlaşdırılıb. Xatırladaq ki, 2023-cü ildə MTQ ixracı 33 milyon ton təşkil edib.
Novakın təqdimatından o da aydın olub ki, Rusiya MTQ ixracına görə dünyada 4-cü yerdədir.
Qeyd edək ki 2021-ci ildən etibarən Rusiya Federasiyasında "MTQ bazarlarına sıçrayış" federal layihəsi həyata keçirilir. Novakın materiallarında göstərildiyi kimi, buraya qaz hasilatının 2023-cü ildəki 2,2 milyon tondan 2030-cu ilə qədər 15 milyon tona çatdırılması planlaşdırılan Baltik klasteri, Murmansk klasteri (2030-cu ildə 20 milyon tona qədər, hazırda istehsal yoxdur), Yamal klasteri (20 milyon tondan 60 milyon tona qədər), Saxalin klasteri (11 milyon tondan 15 milyon tona qədər) daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0