Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Miqrantlar qanunlarımıza, adət-ənənələrimizə riayət etməli, dil öyrənməlidirlər - Putin

© Sputnik / Сергей КарпухинVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin “Yeni Zamanlar üçün Güclü İdeyalar” forumunda çıxış edib.
BAKI, 20 fevral - Sputnik. "Əmək miqrantlarının cəlb edilməsi işi keyfiyyətcə təkmilləşdirilməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin “Yeni Zamanlar üçün Güclü İdeyalar” forumunda çıxışı zamanı deyib.
“Hazırda tikinti sektoru, sənaye və sair (qəbul etməyə - red.) hazırdır... Amma burada da müvafiq iş aparılmalı, keyfiyyətcə təkmilləşdirilməlidir. Gəlmək istəyənlərlə hələ onlar gələcəkləri ölkələrdə öolduğu zaman iş aparılmalıdır” - Putin deyib.
RF lideri bildirib ki, Rusiyaya gələn əmək miqrantları rus dilini öyrənməli və yerli adət-ənənələrə, o cümlədən rastlaşdıqları regionların ənənələrinə riayət etməlidirlər.

“Biz elə etməliyik ki, bu insanlar təbii ki, qanunlarımıza, adət-ənənələrimizə, hətta regional səviyyədə - insanların gəldiyi bölgələrin adət-ənənələrinə riayət etsinlər. Elə etməliyik ki, dil öyrənsinlər, bu, böyük, çox böyük işdir” - RF dövlət başçısı bildirib.

Putin qeyd edib ki, “bütün problemləri, xüsusən əmək münasibətləri və işçi qüvvəsi çatışmazlığı problemini həll etməyin ən yaxşı yolu doğum səviyyəsini artırmaqdır”.
"Biz şübhəsiz ki, bu yolla, gedirik. Ailənin, analığın, uşaqlığın dəstəklənməsi istiqamətində dövlətin fəaliyyətini artıracağıq" - Putin fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0