https://sputnik.az/20240218/putinin-karlsona-musahibesi-boyuk-eks-seda-dogurub-462503997.html
Putin Karlsonla müsahibəsinin ətrafındakı həyəcanın nədən qaynaqlandığını açıqlayıb
Putin Karlsonla müsahibəsinin ətrafındakı həyəcanın nədən qaynaqlandığını açıqlayıb
Sputnik Azərbaycan
Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb. 18.02.2024, Sputnik Azərbaycan
2024-02-18T15:49+0400
2024-02-18T15:49+0400
2024-02-18T16:10+0400
peskov
rusiya
putin
rusiya prezidenti vladimir putin
kanada
abş
müsahibə
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e8/02/09/462517462_0:0:3072:1728_1920x0_80_0_0_b044cd1417ddeb85330759ecbcc2acb9.jpg
BAKI, 18 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonun müsahibəsi ətrafında yaranan həyəcanın insanların həqiqəti bilmək istəyi ilə bağlı ola biləcəyi barədə fikir bildirib.Dövlət başçısının sözlərini jurnalist Pavel Zarubin özünün “Telegram” kanalında sitat gətirib.“Güman edə bilərəm ki, bu həm ölkəmizdə, həm də dünyada çox sayda insanın alternativ nöqteyi-nəzərə sahib olmaq və həqiqəti öyrənmək istəyi ilə əlaqədardır” - Putin bildirib.Xatırladaq ki, iki saatlıq müsahibə fevralın 9-na keçən gecə internetdə yayılıb. Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb.Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Putinin Karlsonla söhbətinin əsas məqsədinə nail olunub - Rusiya prezidenti bütün dünyada eşidilib.08.02.24Amerikalı jurnalist Taker Karlsonun Moskvaya gəlişi və Rusiya prezidenti Vladimir Putinlə söhbəti ABŞ və Rusiyada böyük əks-səda doğurub, müsahibəni gözləyirik və təhlil olunacaq. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. "Karlsonun özünün şəxsiyyəti və onun Rusiyaya gəlişi və Putinlə müsahibəsi nəinki ABŞ, hətta bizdə belə xüsusi rezonansa səbəb olan hadisədir. Aydındır ki, bu, insanların gözlədiyi müsahibədir" - deyə Peskov jurnalistlərə bildirib. O vurğulayıb ki, dövlət başçısı ilə istənilən müsahibə çox mühüm hadisədir və xüsusən də xarici nümayəndə ilə müsahibə belə qəbul olunur. Daha əvvəl Peskov Putinin Karlsona müsahibə verdiyini təsdiqləyib. O, qeyd edib ki, dövlət başçısı mövqeyi digərlərindən fərqli olduğu üçün məhz bu jurnalistə müsahibə verib. O, rusiyapərəst deyil, Ukraynayönlü deyil, daha çox amerikapərəstdir". Peskovun sözlərinə görə, Karlsonun mövqeyi ənənəvi anqlo-sakson mediasının mövqeyindən fərqlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/09/462517462_171:0:2902:2048_1920x0_80_0_0_7f40d0f359219790c015902fc479d15e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, putin, rusiya prezidenti vladimir putin, kanada, abş, müsahibə, dmitri peskov
peskov, putin, rusiya prezidenti vladimir putin, kanada, abş, müsahibə, dmitri peskov
Putin Karlsonla müsahibəsinin ətrafındakı həyəcanın nədən qaynaqlandığını açıqlayıb
15:49 18.02.2024 (Yenilənib: 16:10 18.02.2024) Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb.
BAKI, 18 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonun müsahibəsi ətrafında yaranan həyəcanın insanların həqiqəti bilmək istəyi ilə bağlı ola biləcəyi barədə fikir bildirib.
Dövlət başçısının sözlərini jurnalist Pavel Zarubin özünün “Telegram” kanalında sitat gətirib.
“Güman edə bilərəm ki, bu həm ölkəmizdə, həm də dünyada çox sayda insanın alternativ nöqteyi-nəzərə sahib olmaq və həqiqəti öyrənmək istəyi ilə əlaqədardır” - Putin bildirib.
Xatırladaq ki, iki saatlıq müsahibə fevralın 9-na keçən gecə internetdə yayılıb. Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb.
Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Putinin Karlsonla söhbətinin əsas məqsədinə nail olunub - Rusiya prezidenti bütün dünyada eşidilib.
Amerikalı jurnalist Taker Karlsonun Moskvaya gəlişi və Rusiya prezidenti Vladimir Putinlə söhbəti ABŞ və Rusiyada böyük əks-səda doğurub, müsahibəni gözləyirik və təhlil olunacaq. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
"Karlsonun özünün şəxsiyyəti və onun Rusiyaya gəlişi və Putinlə müsahibəsi nəinki ABŞ, hətta bizdə belə xüsusi rezonansa səbəb olan hadisədir. Aydındır ki, bu, insanların gözlədiyi müsahibədir" - deyə Peskov jurnalistlərə bildirib.
O vurğulayıb ki, dövlət başçısı ilə istənilən müsahibə çox mühüm hadisədir və xüsusən də xarici nümayəndə ilə müsahibə belə qəbul olunur.
Daha əvvəl Peskov Putinin Karlsona müsahibə verdiyini təsdiqləyib. O, qeyd edib ki, dövlət başçısı mövqeyi digərlərindən fərqli olduğu üçün məhz bu jurnalistə müsahibə verib. O, rusiyapərəst deyil, Ukraynayönlü deyil, daha çox amerikapərəstdir".
Peskovun sözlərinə görə, Karlsonun mövqeyi ənənəvi anqlo-sakson mediasının mövqeyindən fərqlidir.