https://sputnik.az/20240218/putin-2023-cu-ilde-rusiyanin-iqtisadi-artimi-dunya-uzre-orta-gostericiden-yuksek-olub-462578926.html
Putin: Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə böyüyür
Putin: Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə böyüyür
Sputnik Azərbaycan
Avropa ölkələri Rusiya qazından imtinanın Rusiyanı çökdürəcəyinə ümid edirdilər, lakin Moskvada deyil, onlarda dönməz proseslər baş verməyə başladı. 18.02.2024, Sputnik Azərbaycan
2024-02-18T21:48+0400
2024-02-18T21:48+0400
2024-02-18T21:48+0400
putin
rusiya
iqtisadi artım
rusiya prezidenti vladimir putin
vladimir putin
rusiya federasiyasının prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/07/461150409_0:0:2936:1651_1920x0_80_0_0_430a52463f320657034b039c5698ebfe.jpg
BAKI, 18 fevral — Sputnik. Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə inkişaf edir.Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.Prezident əlavə edib ki, avrozona ölkələri Rusiyadan mavi yanacaq alanda Rusiya Federasiyası daha çox pul qazanırdı.“Bununla belə, Rusiya enerjidən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır” - Putin vurğulayıb.Dövlət başçısının sözlərinə görə, Avropa ölkələri Rusiya qazından imtinanın Rusiyanı çökdürəcəyinə ümid edirdilər, lakin Moskvada deyil, onlarda dönməz proseslər baş verməyə başladı.Daha əvvəl Putin 2023-cü ildə Rusiya iqtisadiyyatının artımının dünya üzrə orta göstəricidən yüksək olduğunu bildirib. Ötən il Rusiya Federasiyasında ÜDM 3,6%, inkişaf etmiş ölkələrin iqtisadiyyatında isə 1,5% artıb.12.02.24Son bir ildə Rusiya iqtisadiyyatının artımı dünya üzrə orta göstəricidən yüksək olub. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,5% artır. Bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə bildirib. 2023-cü ildə Rusiyanın ÜDM-i 3,6% artıb, yanvarda Rusiya büdcəsinin kəsiri 308 milyard rubl təşkil edib. Ötən il bu məbləğ 1,3 trilyon rubl olub. Dövlət başçısı müvafiq məlumatları təqdim edib. "Ötən il iqtisadi artım gözləniləndən yüksək olub. Rusiyanın ÜDM-i artıb, indiyədək biz -3,5%, son məlumatlara görə isə 3,6% hesablamışıq. Bu, qlobal orta göstəricidən yüksəkdir. Dünyada bu rəqəm orta hesabla 3% təşkil edir, inkişaf etmiş ölkələrin iqtisadiyyatı isə orta hesabla 1,5% artır" - Vladimir Putin vurğulayıb. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu 2024-cü il üçün Rusiya iqtisadi artımı ilə bağlı proqnozunu 2,6%-ə qədər artırdığı hesabatını dərc edib. Oktyabr ayında fond 2024-cü ildə ÜDM-in 1,1% artımını proqnozlaşdırmışdı. 2025-ci il üçün proqnoz da 0,1 faiz bəndi yuxarıya doğru- 1,1%-ə qədər düzəldilib. 2023-cü ilin sonunda Rusiya iqtisadiyyatı, BVF-nin hesablamalarına görə, əvvəllər proqnozlaşdırılan 1,5-2,2 faizə qarşı 3 faiz artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/07/461150409_99:0:2830:2048_1920x0_80_0_0_e78b4f9e48cffc8fe83ef3653c850532.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, iqtisadi artım, rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
putin, iqtisadi artım, rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
Putin: Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə böyüyür
Avropa ölkələri Rusiya qazından imtinanın Rusiyanı çökdürəcəyinə ümid edirdilər, lakin Moskvada deyil, onlarda dönməz proseslər baş verməyə başladı.
BAKI, 18 fevral — Sputnik. Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə inkişaf edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Prezident əlavə edib ki, avrozona ölkələri Rusiyadan mavi yanacaq alanda Rusiya Federasiyası daha çox pul qazanırdı.
“Bununla belə, Rusiya enerjidən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır” - Putin vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Avropa ölkələri Rusiya qazından imtinanın Rusiyanı çökdürəcəyinə ümid edirdilər, lakin Moskvada deyil, onlarda dönməz proseslər baş verməyə başladı.
Daha əvvəl Putin 2023-cü ildə Rusiya iqtisadiyyatının artımının dünya üzrə orta göstəricidən yüksək olduğunu bildirib. Ötən il Rusiya Federasiyasında ÜDM 3,6%, inkişaf etmiş ölkələrin iqtisadiyyatında isə 1,5% artıb.
Son bir ildə Rusiya iqtisadiyyatının artımı dünya üzrə orta göstəricidən yüksək olub. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,5% artır.
Bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə bildirib.
2023-cü ildə Rusiyanın ÜDM-i 3,6% artıb, yanvarda Rusiya büdcəsinin kəsiri 308 milyard rubl təşkil edib. Ötən il bu məbləğ 1,3 trilyon rubl olub.
Dövlət başçısı müvafiq məlumatları təqdim edib.
"Ötən il iqtisadi artım gözləniləndən yüksək olub. Rusiyanın ÜDM-i artıb, indiyədək biz -3,5%, son məlumatlara görə isə 3,6% hesablamışıq. Bu, qlobal orta göstəricidən yüksəkdir. Dünyada bu rəqəm orta hesabla 3% təşkil edir, inkişaf etmiş ölkələrin iqtisadiyyatı isə orta hesabla 1,5% artır" - Vladimir Putin vurğulayıb.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu 2024-cü il üçün Rusiya iqtisadi artımı ilə bağlı proqnozunu 2,6%-ə qədər artırdığı hesabatını dərc edib. Oktyabr ayında fond 2024-cü ildə ÜDM-in 1,1% artımını proqnozlaşdırmışdı.
2025-ci il üçün proqnoz da 0,1 faiz bəndi yuxarıya doğru- 1,1%-ə qədər düzəldilib. 2023-cü ilin sonunda Rusiya iqtisadiyyatı, BVF-nin hesablamalarına görə, əvvəllər proqnozlaşdırılan 1,5-2,2 faizə qarşı 3 faiz artıb.