https://sputnik.az/20240218/kiselyov-rusiya-jurnalistikasi-dunyada-en-genis-azadliq-dairesine-malikdir-460149152.html
Dmitri Kiselyov Co Baydenlə müsahibə üçün sorğu göndərib
Dmitri Kiselyov Co Baydenlə müsahibə üçün sorğu göndərib
Sputnik Azərbaycan
Amerika prezidentinə məktubunda Kiselyov qeyd edib ki, o, Ağ Ev rəhbərindən şəxsən müsahibə almağı və onu xarici dillərə tərcümə etməyi planlaşdırır. 18.02.2024, Sputnik Azərbaycan
2024-02-18T15:14+0400
2024-02-18T15:14+0400
2024-02-18T15:14+0400
dmitri kiselyov
rusiya
media
co bayden
abş prezidenti cozef bayden
cozef bayden
müsahibə
müsahibə
sorğu
sorğu
https://cdnn1.img.sputnik.az/img/40752/15/407521551_0:0:2915:1640_1920x0_80_0_0_e149efe84ea789041bf786c1355c08b6.jpg
BAKI, 18 fevral — Sputnik. "Rossiya seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov Amerika lideri Co Baydenlə müsahibə üçün sorğu göndərdiyini açıqlayıb.Teleaparıcı bu barədə “Rossiya 1” kanalının “Həftənin xəbərləri” proqramında danışıb.Dmitri Kiselyov Rusiya lideri Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsindən sonra Rusiya Federasiyası ilə ABŞ arasında dialoqu davam etdirməyi təklif edib. Onun sözlərinə görə, iki dövlətin bir-birini dinləmək və eşitmək imkanları yoxdur, ona görə də Rusiya Federasiyasının rəhbəri ilə müsahibəni ağlabatan layiqli nümunə hesab etmək olar.Amerika prezidentinə məktubunda Kiselyov qeyd edib ki, o, Ağ Ev rəhbərindən şəxsən müsahibə almağı və onu xarici dillərə tərcümə etməyi planlaşdırır.“Ağ Ev üçün ən yaxşı və ən təsirli variant rusiyalı jurnalistlə güzgü effektli müsahibə olardı. Necə deyərlər, yay fəslinin bülbülü kimi cavab gözləyirik” - teleaparıcı sözünü yekunlaşdırıb.Xatırladaq ki, iki saatlıq müsahibə fevralın 9-na keçən gecə internetdə peyda olub. Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb. Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Putinin Karlsonla söhbətinin əsas məqsədinə nail olunub - Rusiya prezidenti bütün dünyada eşidilib.01.11.23Rusiya jurnalistikası dünyada ən geniş azadlıq dairəsinə malikdir: jurnalistlərin sayəsində Rusiya cəmiyyəti müvazinətini saxlayır. Bunu "Rossiya seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov "Rossiya Seqodnya" media qrupunun beynəlxalq mətbuat mərkəzində keçirilən MDB ölkələrinin media forumunda deyib. Onun sözlərinə görə, rusiyalı jurnalistlər özlərini inamlı hiss edirlər və bu, azadlığın açarıdır. "Biz nə üçün mübarizə apardığımızı başa düşürük. Bizim azadlığımız sizin azadlığınızdır. Nə qədər ki, Rusiya mövcud olacaq, öz varlığı ilə, sizin ölkələrinizdə də istədiyiniz kimi yaşamaq azadlığını təmin etməklə buna təminat verəcək", - Kiselyov qeyd edib. Forum Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə "Rossiya Seqodnya" media qrupu tərəfindən təşkil olunub. Plenar sessiyanın mövzusu "Beynəlxalq jurnalistikanın gələcəyi"nə, panel iclasları media sahəsində süni intellektdən istifadəyə, Telegram kanallarının saxlanması üçün effektiv strategiyalar və rusdilli medianın inkişafına həsr olunub. Forumda Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədri Aleksandr Xinşteyn, Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov, Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov, İnternetin inkişafı üzrə İnstitutun baş direktoru Aleksey Qoreslavski, Təhlükəsiz İnternet Liqasının direktoru, itkin düşmüş və yaralanmış uşaqlara yardım üzrə Milli Monitorinq Mərkəzinin icraçı direktoru Yekaterina Mizulina, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Yelena Vartanova, Ali İqtisadiyyat Məktəbinin Media İnstitutunun direktoru, teleaparıcı Ernest Matskeviçus iştirak edəcək. Müzakirələrə siyasi elita, media və ekspert icmasının nümayəndələri də qatılacaq. 2022-ci ildə MDB ölkələrinin Birinci Media Forumunda Rusiyadan, yaxın və uzaq xarici ölkələrdən 300 jurnalist, siyasətçi və ekspert iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40752/15/407521551_52:0:2783:2048_1920x0_80_0_0_878dae1fc3f2ed02972e8ac31c50ef98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri kiselyov, media, co bayden, abş prezidenti cozef bayden, cozef bayden, müsahibə, müsahibə, sorğu, sorğu, sorğu
dmitri kiselyov, media, co bayden, abş prezidenti cozef bayden, cozef bayden, müsahibə, müsahibə, sorğu, sorğu, sorğu
Dmitri Kiselyov Co Baydenlə müsahibə üçün sorğu göndərib
Amerika prezidentinə məktubunda Kiselyov qeyd edib ki, o, Ağ Ev rəhbərindən şəxsən müsahibə almağı və onu xarici dillərə tərcümə etməyi planlaşdırır.
BAKI, 18 fevral — Sputnik. "Rossiya seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov Amerika lideri Co Baydenlə müsahibə üçün sorğu göndərdiyini açıqlayıb.
Teleaparıcı bu barədə “Rossiya 1” kanalının “Həftənin xəbərləri” proqramında danışıb.
Dmitri Kiselyov Rusiya lideri Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsindən sonra Rusiya Federasiyası ilə ABŞ arasında dialoqu davam etdirməyi təklif edib. Onun sözlərinə görə, iki dövlətin bir-birini dinləmək və eşitmək imkanları yoxdur, ona görə də Rusiya Federasiyasının rəhbəri ilə müsahibəni ağlabatan layiqli nümunə hesab etmək olar.
Amerika prezidentinə məktubunda Kiselyov qeyd edib ki, o, Ağ Ev rəhbərindən şəxsən müsahibə almağı və onu xarici dillərə tərcümə etməyi planlaşdırır.
“Ağ Ev üçün ən yaxşı və ən təsirli variant rusiyalı jurnalistlə güzgü effektli müsahibə olardı. Necə deyərlər, yay fəslinin bülbülü kimi cavab gözləyirik” - teleaparıcı sözünü yekunlaşdırıb.
Xatırladaq ki, iki saatlıq müsahibə fevralın 9-na keçən gecə internetdə peyda olub. Karlsonla söhbətində Putin Ukraynadakı vəziyyətdən və Rusiyanın Qərblə münasibətlərindən danışıb. Müsahibəyə 200 milyondan çox istifadəçi baxıb. Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Putinin Karlsonla söhbətinin əsas məqsədinə nail olunub - Rusiya prezidenti bütün dünyada eşidilib.
Rusiya jurnalistikası dünyada ən geniş azadlıq dairəsinə malikdir: jurnalistlərin sayəsində Rusiya cəmiyyəti müvazinətini saxlayır. Bunu "Rossiya seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov "Rossiya Seqodnya" media qrupunun beynəlxalq mətbuat mərkəzində keçirilən MDB ölkələrinin media forumunda deyib.
"Rusiya jurnalistikası azaddır. O, yəqin ki, dünyada ən geniş azadlıq dairəsinə malikdir. Sadəcə bir məhdudiyyət var, Rusiya ordusu haqqında yalana ehtiyac yoxdur. Bu, indiki şəraitdə tamamilə başa düşüləndir. Həmkarlarımızın əməyi sayəsində Rusiya cəmiyyəti müvazinətini saxlayır", - Kiselyov deyib.
Onun sözlərinə görə, rusiyalı jurnalistlər özlərini inamlı hiss edirlər və bu, azadlığın açarıdır.
"Biz nə üçün mübarizə apardığımızı başa düşürük. Bizim azadlığımız sizin azadlığınızdır. Nə qədər ki, Rusiya mövcud olacaq, öz varlığı ilə, sizin ölkələrinizdə də istədiyiniz kimi yaşamaq azadlığını təmin etməklə buna təminat verəcək", - Kiselyov qeyd edib.
Forum Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə "Rossiya Seqodnya" media qrupu tərəfindən təşkil olunub. Plenar sessiyanın mövzusu "Beynəlxalq jurnalistikanın gələcəyi"nə, panel iclasları media sahəsində süni intellektdən istifadəyə, Telegram kanallarının saxlanması üçün effektiv strategiyalar və rusdilli medianın inkişafına həsr olunub.
Forumda Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədri Aleksandr Xinşteyn, Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov, Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov, İnternetin inkişafı üzrə İnstitutun baş direktoru Aleksey Qoreslavski, Təhlükəsiz İnternet Liqasının direktoru, itkin düşmüş və yaralanmış uşaqlara yardım üzrə Milli Monitorinq Mərkəzinin icraçı direktoru Yekaterina Mizulina, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Yelena Vartanova, Ali İqtisadiyyat Məktəbinin Media İnstitutunun direktoru, teleaparıcı Ernest Matskeviçus iştirak edəcək. Müzakirələrə siyasi elita, media və ekspert icmasının nümayəndələri də qatılacaq.
2022-ci ildə MDB ölkələrinin Birinci Media Forumunda Rusiyadan, yaxın və uzaq xarici ölkələrdən 300 jurnalist, siyasətçi və ekspert iştirak edib.