Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"AvtoVAZ" Azərbaycanda "Lada"nın istehsalına başlamaq üçün danışıqlar aparır - FOTO

© Sputnik / Анар Мовсумов / Mediabanka keçidAvtoVAZ zavodunda yeni avtomobillərin yığılması, arxiv şəkli
AvtoVAZ zavodunda yeni avtomobillərin yığılması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Abunə olmaq
AvtoVAZ Tolyatti, İjevsk və Sankt-Peterburqda istehsal sahələrinə sahibdir. Ötən il mayın ortalarında Fransanın "Renault" şirkəti AvtoVAZ-dakı payını Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib.
BAKI, 17 fevral - Sputnik. AvtoVAZ Azərbaycanda Lada istehsalına başlamaq üçün danışıqlar aparır və yazda bu məsələ ilə bağlı “müsbət xəbərlər” gözləyir. Bu barədə jurnalistlərə şirkətin prezidenti Maksim Sokolov bildirib.
© Sputnik / Yekaterina Shtukina / Mediabanka keçidMaksim Sokolov
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov  - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Maksim Sokolov

“Biz belə danışıqlar aparırıq və hazırda AvtoVAZ-ın nümayəndə heyəti Azərbaycandadır. Onlar gələcək tərəfdaşlarımızın istehsal gücünə baxırlar” -o, “Rusiya” sərgi-forumunun kuluarlarında "Lada"nın Azərbaycanda genişmiqyaslı yığılmasının təşkili ilə bağlı sualı cavablandırarkən deyib.

Şirkət rəhbəri yaz aylarında bu məsələ ilə bağlı müsbət xəbərlərin olacağına ümid etdiyini bildirib.
© Sputnik / Алексей Куденко / Mediabanka keçidLada Vesta
Московский международный автомобильный салон - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Lada Vesta
AvtoVAZ Tolyatti, İjevskSankt-Peterburqda istehsal sahələrinə sahibdir. Ötən il mayın ortalarında Fransanın "Renault" şirkəti AvtoVAZ-dakı payını (67,69%) Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib.
© Sputnik / Владимир Песня / Mediabanka keçidLada Largus
Международная выставка Интеравто 2011 - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Lada Largus
Hazırda brend dörd model ailəsindən ibarətdir: Vesta, Largus, Granta və Niva.
© Sputnik / Алексей Даничев / Mediabanka keçidLada Granta
Старт продаж Lada Granta Classic 22 в Санкт-Петербурге - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Lada Granta
2023-cü ildə Lada avtomobillərinin satışı 352,6 min ədəd təşkil edib (illik ifadədə demək olar ki, iki dəfə artım).
© Sputnik / Пресс-служба"GM-AвтоВАЗ" / Mediabanka keçidNiva, Lada
АвтоВАЗ начал выпускать внедорожники Niva под маркой Lada - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Niva, Lada
Azərbaycan avtomobil istehsalının yeni mərkəzi kimi
Prezident İlham Əliyev ötən ilin iyulunda Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib, buna əsasən minik avtomobillərinin istehsalı 10 il müddətinə ƏDV-dən azad edilib.
Dövlət başçısı 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən belə maşınların istehsalı üçün xammal və material növlərinin siyahısını da təsdiq edib. Vergi güzəştləri Azərbaycanda mövcud avtomobil zavodlarında istehsalı canlandıra bilər.
Qeyd edək ki, hazırda ölkədə bu sahədə dörd müəssisə fəaliyyət göstərir: Gəncə Avtomobil Zavodu, Hacıqabul sənaye zonasındakı avtomobil zavodları və Neftçala sənaye zonası, o cümlədən Naxçıvandakı “NazLifan” müəssisəsi.
İqtisadçılar hesablayıblar ki, avtomobil istehsalının, eləcə də onlar üçün xammal və materialların idxalının ƏDV-dən azad edilməsi ölkədə istehsal olunan avtomobillərin maya dəyərinin idxal olunan avtomobillərlə müqayisədə ən azı 18 faiz ucuzlaşmasına səbəb olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0