Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada Putinin reytinqi yenidən yüksəlib

© Sputnik / Павел БедняковRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Prezidentə inamla bağlı suala cavab verən respondentlərin böyük əksəriyyəti Putinə güvəndiyini, az bir hissəsi isə ona güvənməməyə üstünlük verdiyini bildirib.
BAKI, 16 fevral — Sputnik. FOM ("İctimai Rəy" Fondu) sorğusuna əsasən, rusiyalıların on nəfərdən səkkizi (82%) Rusiya Prezidenti Vladimir Putinin işini kifayət qədər yaxşı qiymətləndirir, 83% ona etibar edir.
FOM-un saytında dərc olunan sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti (82%) Putinin işində kifayət qədər yaxşı olduğunu, 6%-i isə onun işini kifayət qədər zəif qiymətləndirdiyini bildirib.
Prezidentə inamla bağlı suala respondentlərin 83%-i Putinə güvəndiyini, 9%-i isə ona güvənməməyə üstünlük verdiyini bildirib.
Həftəlik FOMnibus sorğusu 2024-cü il fevralın 9-11-də Rusiya Federasiyasının 53 subyektinin 104 şəhər və kənd yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 1,5 min respondent arasında keçirilib.
Sorğu üsulu respondentin yaşayış yeri üzrə müsahibədir. Statistik səhv 3,6%-dən çox deyil.
Xəbər lenti
0