https://sputnik.az/20240216/rusiya-xn-navalninin-olumune-reaksiyalara-cavab-verib-462687345.html
Rusiya XİN Navalnının ölümünə reaksiyalara cavab verib
Rusiya XİN Navalnının ölümünə reaksiyalara cavab verib
Sputnik Azərbaycan
Mariya Zaxarova bildirib ki, NATO liderləri məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləmədən öz nəticələrini hazırlayıblar. 16.02.2024, Sputnik Azərbaycan
2024-02-16T18:20+0400
2024-02-16T18:20+0400
2024-02-16T18:20+0400
rusiya xin
rusiya
aleksey navalni
aleksey navalniy
mariya zaxarova
terrorizm
nato
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_0:0:3642:2048_1920x0_80_0_0_cf96f4faff2f95f0722a70af45cbb61b.jpg
BAKI, 16 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO ölkələri liderlərinin Rusiyalı müxalif siyasətçi, videobloger Aleksey Navalnının* ölümünə dərhal reaksiya vermələrini "özlərini ifşa etmə" adlandırıb. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi özünün "Telegram" kanalında yazıb. Diplomat qeyd edib ki, hazırda hələ məhkəmə-tibbi ekspertizanın nəticəsi yoxdur, lakin Qərbdə nəticələr "artıq hazırdır". "NATO ölkələri liderlərinin Navalnının* ölümünə görə Rusiyaya qarşı birbaşa ittihamlar şəklində dərhal reaksiya vermələri özlərini ifşa etmək deməkdir. Hələlik məhkəmə-tibbi ekspertizası yoxdur, ancaq Qərbin nəticələri artıq hazırdır" - Zaxarova bildirib. Xatırladaq ki, Federal Penitensiar Xidmətin regional idarəsinin məlumatına görə, Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında Aleksey Navalnı* dünyasını dəyişib. Cəzaçəkmə müəssisəsində məhkum A.A.Navalnı* gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəliblər və təcili tibbi yardım briqadası çağırılıb. Məhkum üzərində aparılan reanimasiya tədbirləri müsbət nəticə verməyib. Hazırda Navalnının* ölüm səbəbləri müəyyənləşdirilir. *Terrorizm və ekstremizmlə məşğul olanların reyestrinə daxil edilmişdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_451:0:3182:2048_1920x0_80_0_0_5c9698f16faaf0afd8c8fb069d748497.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, aleksey navalni, aleksey navalniy, mariya zaxarova, terrorizm, nato
rusiya xin, aleksey navalni, aleksey navalniy, mariya zaxarova, terrorizm, nato
Rusiya XİN Navalnının ölümünə reaksiyalara cavab verib
Mariya Zaxarova bildirib ki, NATO liderləri məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləmədən öz nəticələrini hazırlayıblar.
BAKI, 16 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO ölkələri liderlərinin Rusiyalı müxalif siyasətçi, videobloger Aleksey Navalnının* ölümünə dərhal reaksiya vermələrini "özlərini ifşa etmə" adlandırıb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi özünün "Telegram" kanalında yazıb.
Diplomat qeyd edib ki, hazırda hələ məhkəmə-tibbi ekspertizanın nəticəsi yoxdur, lakin Qərbdə nəticələr "artıq hazırdır".
"NATO ölkələri liderlərinin Navalnının* ölümünə görə Rusiyaya qarşı birbaşa ittihamlar şəklində dərhal reaksiya vermələri özlərini ifşa etmək deməkdir. Hələlik məhkəmə-tibbi ekspertizası yoxdur, ancaq Qərbin nəticələri artıq hazırdır" - Zaxarova bildirib.
Xatırladaq ki, Federal Penitensiar Xidmətin regional idarəsinin məlumatına görə, Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında Aleksey Navalnı* dünyasını dəyişib. Cəzaçəkmə müəssisəsində məhkum A.A.Navalnı* gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəliblər və təcili tibbi yardım briqadası çağırılıb. Məhkum üzərində aparılan reanimasiya tədbirləri müsbət nəticə verməyib. Hazırda Navalnının* ölüm səbəbləri müəyyənləşdirilir.
*Terrorizm və ekstremizmlə məşğul olanların reyestrinə daxil edilmişdir.